SON DƏQİQƏ
» » Fransa səfiri Saqatelyanla Qarabağı müzakirə etdi

Fransa səfiri Saqatelyanla Qarabağı müzakirə etdi

Tarix:

23-03-2022, 22:11

/ 1 412 dəfə oxundu.
Fransa səfiri Saqatelyanla Qarabağı müzakirə etdi

Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan Fransanın bu ölkədəki səfiri Ann Luyo ilə görüşüb.

GunAz.az xəbər verir ki, Saqatelyan səfirə Ermənistanın və Qarabağdakı ermənilərin ciddi "təhlükəsizlik problemi” ilə üzləşdiyini bildirib.

Saqatelyan növbəti dəfə guya Azərbaycanın Qarabağ bölgəsində 100 min erməni yaşadığını yalanını (Qarabağda 27 min erməni yaşayır – red.) və onların kommunal problemlərinin olduğunu deyib:

"Qarabağ məsələsi ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməlidir. Bizim qəti qərarımız budur ki, "artsax” Azərbaycanın tərkibində ola bilməz”.

Səfir Azərbaycanla sülh sazişi istiqamətində danışıqlar, Ermənistan-Türkiyə münasibətləri və s. mövzularla maraqlanıb və Saqatelyandan bu istiqamətdə fikirlər öyrənib.

Ann Luyo regionda sülh və "hər iki tərəfə” kömək üçün Fransanın Minsk Qrupunun həmsədri kimi mövqeyini saxladığını bildirib.


скачать dle 12.1

Şərhlər