SON DƏQİQƏ
» » Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir

Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir

Tarix:

3-10-2020, 10:43

/ 3 279 dəfə oxundu.
Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir

Özünün təcavüzkar hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibət və beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirən Ermənistan sentyabrın 27-dən başlayaraq növbəti dəfə təxribatlar törədərək Ağdam, Füzuli, Cəbrayıl, Tərtər istiqamətlərində Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə Azərbaycanın mövqelərinə, mülki əhaliyə amansız hərbi hücumu qonşu dövlətin açıq-aşkar işğalçı siyasətinin növbəti təzahürü və qəsdən törədilən təxribatı kimi qiymətləndirilir.

İşğalçı Ermənistan dövlətinin Azərbaycanın mülki əhalisinə, yaşayış məntəqələrinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi, eləcə də fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Sentyabrın 30-da Fransa prezidenti Emmanuel Makron tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verilən bəyanat və orada ifadə olunan fikirlər təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir. Bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi icra etdiyi funksiyasını ciddi şəkildə şübhə altında qoyur. Hesab edirəm ki, Fransanın müvafiq rəsmi dairələri bu ölkənin vasitəçi kimi hansı mövqedən fəaliyyətini davam etdirəcəyi barədə açıqlama verməlidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransa 30 ilə yaxındır bu münaqişəyə laqeyd yanaşıblar. Baş verənlərin qarşısında onların atəşkəs axtarışı içində olmaları hər şeydən əvvəl qəbuledilməzdir. Ermənilərin qədim Azərbaycan torpağı Qarabağı işğalına və mülki əhaliyə qarşı törətdikləri qətliamlara laqeyd yanaşanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür.

İslamova Dilay, 1 nömrəli Uşaq Somatik xəstəxanasının baş həkimi


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ