SON DƏQİQƏ
» » Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yaydı

Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yaydı

Tarix:

8-08-2017, 19:47

/ 5 644 dəfə oxundu.
Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yaydı

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb.
GUNAZ.az  xəbər verir ki, Komitədən verilən məlumata görə, bəyanatda bildirilir ki, 1994-cü ildən atəşkəs rejiminin elan olunmasına baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücum edib, qadınları, uşaqları amansızlıqla qətlə yetiriblər:
"Ötən dövrdə 33 uşaq erməni terrorunun qurbanı oldu. Onlardan on dördü həlak olub, on doqquzu isə yaralanıb. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına yaralanan Yusifov Ramil də əlavə olundu. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Qaralar kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlu ağır yaralanıb. Bu bir daha vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir. Biz növbəti dəfə hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik. Biz bir daha dünya ictimaiyyətinin bu hərbi münaqişənin ədalətli həllinə diqqət yetirmələrini tələb edirik".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə almasının nəticəsində avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb.//trend

 

 

 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ