SON DƏQİQƏ
» » Deputat Tovuzdakı erməni təxribatı ilə bağlı çağırış etdi

Deputat Tovuzdakı erməni təxribatı ilə bağlı çağırış etdi

Tarix:

8-08-2017, 08:31

/ 2 836 dəfə oxundu.
Deputat Tovuzdakı erməni təxribatı ilə bağlı çağırış etdi

İşğalçı Ermənistan azyaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirir. Bu gün axşam saatlarında ermənilər Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutublar və nəticədə 13 yaşlı Ramin Sabir oğlu Yusifov yaralanıb.

GUNAZ.az   xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Feysbuk səhifəsində Ermənistan Silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutmasına münasibət bildirərkən deyib. Millət vəkili ordumuzun düşmən təxribatına hər zaman cavab verməyə hazır olduğunu qeyd edib:

"Xəstəxananın rəhbərliyi, həkimlərimizlə tez-tez danışırıq. İnşallah Allahın və həkimlərimizin sayəsində Ramin balamız qısa zamanda tam sağalacaq. Rayonun rəsmi nümayəndələri ilə tez-tez danışırıq. Ordumuz düşmənin təxribatlarına hər zaman olduğu kimi layiqli şəkildə cavab verib və verir.

Ermənistanın bu vandalizm əməllərini, kiçik yaşlı uşaqlara qarşı cinayətlərini dünyanın hər yerində yaşayan soydaşlarımız, Türk kökənli insanlarımız daha geniş yaymalıdır. Səssiz qalan beynəlxalq qurumlara daha çox duyurmalıyıq, gənclərimiz sosial mediada müxtəlif xarici dillərdə bununla bağlı məlumatları geniş yaymalı, xarici ölkələrin siyasətçilərinə, KİV-lərinə, beynəlxalq təşkilatlara bununla bağlı səsimizin daha çox duyulmasında, həqiqətlərin yayılmasında daha fəal olmalıdırlar. Bir az əvvəl balaca Ramin və atası ilə də danışdım və qısa zamanda sağalmasını dilədim. Hadisənin şokundan hələ tam çıxmayıblar. Allah qoruyub balaca Ramini. Allah hər zaman ön cəbhədə insanlarımızı qorusun.Ordumuzda dəstək olsun.Bu işğalçı, vandalizm zehiyyətli Ermənistan inşallah daha betər cəzasını alacaq. Layiq olduğu cəzanı".(Axar.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ