SON DƏQİQƏ

Füzuli və Ağcabədidəki son durum açıqlandı

Tarix:

30-09-2020, 19:09

/ 3 512 dəfə oxundu.
Füzuli və Ağcabədidəki son durum açıqlandı

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycanın mülki əhalisinə qarşı artilleriya hücumlarını davam etdirir. Şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirir.

Mənfur əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin sentyabrın 30-da atdığı mərmi nəticəsində Füzuli rayonunun Cocuq Mərcanlı kəndində yerləşən "Oba” marketdə yanğın baş verib. Əraziyə cəlb olunmuş FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində marketin bir hissəsi yanğından mühafizə edilib.

Ağcabədi rayonunun Qaradolaq kəndində təsərrüfat sahəsi qismən yanıb, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Ağcabədi rayonunun Arazbar kəndində təsərrüfat obyektinə mərmi düşməsi nəticəsində isə obyektin bir hissəsi yanıb, qalan hissə yanğından mühafizə olunub

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ