SON DƏQİQƏ
» » Azərbaycan və Ermənistan üçün Minsk qrupuna müraciət ediləcək?

Azərbaycan və Ermənistan üçün Minsk qrupuna müraciət ediləcək?

Tarix:

11-03-2022, 20:25

/ 3 237 dəfə oxundu.
Azərbaycan və Ermənistan üçün Minsk qrupuna müraciət ediləcək?

Ermənistan Azərbaycanla sülh danışıqlarında vasitəçilik etməsi üçün yaxın vaxtlarda ATƏT-in Minsk Qrupuna müraciət edə bilər.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan "Armenpress”-ə bildirib.

"Sənəd imzalanması üçün təbii ki, danışıqlar prosesi getməlidir. Hər iki tərəfdən səslənən bəyanatlar danışıqları prosesinə keçmədiyindən və iki ölkənin birbaşa danışıqlar aparmaq təcrübəsi olmadığından Ermənistan sülh danışıqlarının başlanmasına yardım göstərməsi üçün yəqin ki, yaxın vaxtlarda ATƏT-in Minsk Qrupu həmsədrliyinə müraciət edəcək”, - deyə XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, həm Azərbaycan, həm də Ermənistan sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ