SON DƏQİQƏ
» » Koreyalı deputata Azərbaycan reallıqlarından danışıldı

Koreyalı deputata Azərbaycan reallıqlarından danışıldı

Tarix:

1-11-2021, 22:07

/ 1 526 dəfə oxundu.
Koreyalı deputata Azərbaycan reallıqlarından danışıldı

Seul şəhərində fəaliyyət göstərən "BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının rəhbərliyi Koreya Respublikası parlamentinin üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri So Byonq-Su ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən GunAz.az-a bildiriblər ki, Koreyanın Milli Assambleyasında baş tutan görüşdə iqtisadi, mədəni və digər sahələr üzrə əlaqələrin daha da gücləndirilməsini hədəfləyən fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Assosiasiyanın sədri Cəmil Vəliyev ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafı istiqamətində diaspor təşkilatının həyata keçirdiyi və reallaşdırılmasını nəzərdə tutduğu layihələr barədə ətraflı məlumat verib.

Görüşün sonunda koreyalı deputata Azərbaycan haqqında kitablar, "Qarabağ xanəndələri” musiqi albomu və "Xarıbülbül” nişanı hədiyyə edilib.


скачать dle 12.1

Şərhlər