SON DƏQİQƏ
» » BMT-yə Azərbaycanla bağlı iki sənəd təqdim olundu

BMT-yə Azərbaycanla bağlı iki sənəd təqdim olundu

Tarix:

18-09-2021, 14:01

/ 4 270 dəfə oxundu.
BMT-yə Azərbaycanla bağlı iki sənəd təqdim olundu

Hüquqları Şurasının 48-ci sessiyasının gündəliyinə Azərbaycana dair təklif edilən iki sənəd yerləşdirilib.

Sənədlərin müəllifləri Cenevrədə yerləşən, BMT-də akkreditə olunmuş, qeyri hökümət təşkilatları olan – Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitut (İRDG) və Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutudur (GİWEN).

 

Beynəlxalq təşkilatlar İnsan Hüquqları üzrə Şuranı və dünya birliyini piyadalar əleyhinə mina xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təsir etməyə, transsərhəd suların çirkləndirilməsinin inkişafa əngəl olduğuna diqqəti cəlb etməklə Azərbaycan ərazisindən keçən Oxçuçayda yaranmış fəlakətli ekoloji durumun qarşısının alınmasına və nəzarət mexanizminin yaradılmasına çağırıblar.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 48-ci sessiyasının 13 sentyabr – 8 oktyabr 2021-ci il tarixində keçiriləcək.

скачать dle 12.1

Şərhlər