SON DƏQİQƏ
» » Baydenin tarixi səhvi ABŞ-a baha başa gələcək

Baydenin tarixi səhvi ABŞ-a baha başa gələcək

Tarix:

29-04-2021, 08:23

/ 3 502 dəfə oxundu.
Baydenin tarixi səhvi ABŞ-a baha başa gələcək

Əsli Kazımova: "Azərbaycan hər zaman Türkiyənin yanında olub və bundan sonra da olacaq"

«ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat birmənalı olaraq qınanmalıdır. Azərbaycan hər zaman Türkiyənin yanında olub və bundan sonra da olacaq. Biz Qarabağ müharibəsindən sonra bir çox Qərb ölkələrinin də, bu sözügedən qondarma soyqırımla bağlı istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış etdiklərini gördük. Elə bilirsiniz onlara Ermınistan lazımdır? Ermənistan nə Qərb üçün, nə də ABŞ üçün bir əhəmiyyətə malik deyil». Bunu «Azad Azərbaycan»a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Ermənistan heç Rusiya üçün də önəmli deyil. Bunu Qarabağ müharibəsi zamanı Moskvanın tutduğu mövqedən də görmək mümkün idi: «Ermənistan hər zaman maşa dövlət olaraq qalıb və bu belə də olacaq. Dünənə qədər Ermənistanı maşa olaraq Rusiya istifadə

edirdisə, bu gün ABŞ Ermənistanı Türkiyəyə qarşı rıçaq olaraq istifadə etmək niyyətindədir. ABŞ-ın Türkiyəyə qarşı bu addımı Türkiyənin S-400 almasına görə, Türkiyəni cəzalandırmaq məqsədi ilə atılması heç kəsə sirr deyil. Dünya ictimaiyyəti anlamalıdır ki, nə Türkiyə ilə, nə də Azərbaycanla diktə diliylə heç kəs danışa bilməz».

Ə.Kazımova qeyd edib ki, Türkiyənin inkişafı bir çox dövlətləri qorxudur: «Türkiyənin güçlü və düşünülmüş diplomatik manevrləri, güclənməsi, SİHA-ları ilə getdikcə səmalara hökm etmə bacarığı, Bosfor və Dardanel boğazlarındakı rolu, Avropa Birliyindəki miqrantlarla iş üzrə əldə etdiyi önəmli mövqeyi, bunların hamısı həm Qərb, həm də ABŞ tərəfindən təhdid olaraq qəbul edilir. Amma Azərbaycanın dövlət başçısının qardaş Türkiyəyə qətiyyətli dəstəyi və duruşu hesab edirəm, bir çoxlarına Ermənistanla Türkiyəyə təzyiq edə bilməyəcəklərini anlatmışdır».

Partiya sədri hesab edir ki, Türkiyəyə qarşı ABŞ tərəfindən edilən təzyiqə daha qətiyyətli bir cavab verilməlidir: «Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərərəfindən "dollardan” imtina məsələsi qaldırılmalıdır. Baxın o zaman, daha heç kəs Ermənistanı maşa olaraq kiməsə qarşı istifadə etməyə cürət etməyəcəklər. Digər tərəfdən ABŞ düşünür ki, bu «soyqrımı» tanımaqla Türkiyəyə təzyiq edə biləcək. Və bu da göründüyü kimi Bayden siyasətinin böyük səhvi kimi tarixə yazılacaq. ABŞ-ın bir çox dövlət nümayəndələri öz müsahibələrində bu «soyqrımın» sadəcə ermənilərin təxəyyülünün məhsulu olduğunu açıq şəkildə bildirirlər. Ermənilərin böyük əksəriyyəti də, bunu etiraf edir. Maraqlı odur ki, əllərində heç bir tarixi fakt olmadan Türkiyəni hansı əsasla ittiham edirlər? 31 mart soyqırımı, Xocalı soyqırımı, Gəncə və Tərtər hadisələri ilə bağlı nə üçün ABŞ səssiz qalır? Çünki ABŞ və Qərbin apardığı siyasət Türklərə qarşı qərəzdən ibarətdir. Baydenin son bəyanatı isə bunu bir daha sübut etmiş oldu».

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ