SON DƏQİQƏ
» » Azərbaycan türkdilli ölkələrlə əməkdaşlığa xüsusi önəm verir

Azərbaycan türkdilli ölkələrlə əməkdaşlığa xüsusi önəm verir

Tarix:

8-04-2021, 16:44

/ 3 410 dəfə oxundu.
Azərbaycan türkdilli ölkələrlə əməkdaşlığa xüsusi önəm verir

Partiya sədri: «Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan qalib dövlət kimi sədrlik edir»

 

"Cənab Prezidentin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal zirvə görüşündəki çıxışı böyük əhəmiyyətə malikdir”.

Bunu «Azad Azərbaycan» qəzetinə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında keçirilən COVID-19-a həsr edilmiş Zirvə görüşü mövcud vəziyyətdə olduqca mühüm idi: «Dövlət rəhbəri

İlham Əliyevin təşəbbüsü ilə bu kimi zirvə görüşlərinin keçirilməsi artıq bir növ ənənə halını alıb. Bu isə birmənalı olaraq, Azərbaycanın bir sıra qlobal problemlərin həllində təşəbbüskar mövqedən çıxış edərək, sözün əsl mənasında qlobal həmrəylik nümayiş etdirməsi təqdirəlayiq haldır. 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana keçdikdən sonra Şuranın COVID-19 da daxil olmaqla, bir sıra önəmli məsələləri geniş formatda müzakirəyə çıxarması, ölkələr arasında Azərbaycanın nüfuzuna müsbət təsir etməklə yanaşı, eyni zamanda təşkilata daxil dövlətlər arasında əlaqələrin daha da güclənməsinə böyük tövhə verir».

Partiya sədri bildirib ki, bu nöqteyi nəzərdən, belə görüşlər ölkəmiz üçün xüsusi olaraq əhəmiyyət kəsb edir: «2019 cu ildə təşkilatın sədrliyi Azərbaycana həvalə edildiyində, ölkəmiz işğala məruz qalmış bir dövlət idi. Bu gün isə həmin təşkilata Azərbaycan qalib dövlət kimi sədrlik etməkdədir. Azərbaycan regiondakı 30 illik işğala, terrora, haqsızlığa son qoymuş bir dövlətdir. Həm döyüş meydanında, həm diplomatiyada, həm beynəlxalq media sahəsində öz sözünü layiqli şəkildə deməyi bacarır. Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin çıxışında "Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır” deməsi olduqca önəmli məqam idi».

Ə.Kazımova qeyd edib ki, Prezident İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini qeyd edərək, 44 günlük müharibə zamanı Türk Şurasının Azərbaycana dəstəyini yüksək dəyərləndirdi: «Ən önəmli məqamlardan biri Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər edəcəyinin xüsusi məmnunluq doğurduğunu ifadə edərək, Türkiyənin qardaşlıq dəstəyinin Azərbaycan üçün əhəmiyyətindən bəhs etməsi oldu”.

ASRP sədri Azərbaycanın türkdilli ölkələr arasında əməkdaşlığa önəm verməsini xüsusi vurğulayaraq, Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars, Yeni Bakı Beynəlxalq Dəniz Limanı kimi layihələrin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına verdiyi tövhələri də yüksək qiymətləndirib.

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər