SON DƏQİQƏ
» » Azərbaycan əsgəri düşmənə dərs verməyə müvəffəq oldu

Azərbaycan əsgəri düşmənə dərs verməyə müvəffəq oldu

Tarix:

10-12-2020, 11:33

/ 3 470 dəfə oxundu.
Azərbaycan əsgəri düşmənə dərs verməyə müvəffəq oldu

Əsli Kazımova: "Düşməndən qənimət aldığımız hərbi texnikanın nümayişi ilə ermənilərin rəzilliyini dünyaya nümayiş etdirəcəyik” "Azərbaycan Böyük Vətən müharibəsinin qalibidir”. Bunu açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, igid əsgərlərimizin qanı və canı bahasına işğaldan azad edilən torpaqlarımız üçün qələbə günü mütləq təntənəli şəkildə qeyd edilməlidir: "Bu zəfər, bu qələbə günü Azərbaycan xalqının dirçəlişi, ruhlanması, uğuru və şücaətinin nümayişi günüdür. Bilirik ki, ölkəmizdə artıq paradla bağlı hazırlıq məşqləri gedir. Paradda eyni zamanda Azərbaycan hərbiçiləri tərəfindən düşməndən qənimət götürülən hərbi texnikalar da nümayiş etdiriləcək. Əslində, bir sıra xarici ölkələrin nümayəndələrinin də iştirakı gözlənilən qələbə günündə, düşməndən qənimət aldığımız hərbi texnikanın nümayişi ilə ermənilərin rəzilliyini nümayiş etdirmiş olacaq. Hərbidə belə bir deyim var, «əsgər heç bir halda öz silahını qarşısındakı kim olursa-olsun ona təslim etməməlidir». Erməni əsgəri təslim etmək bir tərəfə, hərbi texnikasını qoyub qaçır. Düşünürsən ki, bir erməni hərbçisi fərarilik edirsə, yəni hərbidən yayınırsa, sizcə elə bir əsgər üçün hərbi texnikaya sahib çıxmaq kimi bir anlayış ola bilərmi"?

Partiya sədri qeyd edib ki, Azərbaycan əsgəri bu gün sadəcə Azərbaycana qürurunu geri vermədi, o eyni zamanda Azərbaycan əsgərinin mətinliyini, mərdliyini, döyüş meydanında, şəhidindən tutmuş, silahına qədər canı bahasına sahib çıxılması gərəkliyini də göstərdi: «Azərbaycan əsgəri dünya ictimaiyyətinə döyüş mədəniyyəti ilə dərs verməyə müvəffəq oldu».

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər