SON DƏQİQƏ
» » Partiya sədri: “Bu Qələbə Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcı kimi dəyərləndirilməlidir!”

Partiya sədri: “Bu Qələbə Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcı kimi dəyərləndirilməlidir!”

Tarix:

10-11-2020, 14:37

/ 4 210 dəfə oxundu.
Partiya sədri: “Bu Qələbə Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcı kimi dəyərləndirilməlidir!”

"44 günlük Vətən müharibəsinin zəfərlə bitməsi Azərbaycan Türkünün böyük uğurudur”. Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Azərbaycan 44 günlük  Vətən müharibəsi  ilə 30 illik işğala son verdi: "Bu zəfərin başlıca səbəbi xalqın və hakimiyyətin yumruq kimi birləşməsi idi. Kimliyindən asılı olmayaraq, hər kəs bir nəfər kimi milli idealogiya naminə öz xidmətini ortaya qoymağı bacardı. İstər daxili siyasət, istər media, istər beynəlxalq siyasət, istər diaspora siyasəti gücünü birləşdirməyi bacardı. Hər bir sahə özü özlüyündə şanlı ordumuza olan dəstək idi. Bu 44 günlük müharibə içində hər bir sahə düşmənlə mübarizədə bir cəbhə idi. Bu tendensiya hətta beynəlxalq ictimaiyyət və  xarici media gündəmində müzakirə mövzusudur. Hər kəs Azərbaycan Türkünün gücünü gördü. Hər kəs Azərbaycan ordusunun və hərbi potensialının nəyə qadir olduğunun şahidi oldu. Qələbə hissini yaşamaq gözəl bir hissdir. Qələbə, Zəfər, Vətənə qayıdış hissi tərif edilməyəcək qədər qürurverici hisslərdir.

Azərbaycan Sosial Rifah Partiyasının bütün heyyəti də, bu qələbə sevincini bu gün yaşayır. Fürsətdən istifadə edib, bütün dünya Azərbaycanlılarını qələbə günü münasibəti ilə təbrik edirəm. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qətiyyətini, lazımi anda öz dövləti və Milli Lideri ətrafında birləşə bilmək əzmini nümayiş etdirməyə müvəffəq oldu. Azərbaycan Prezidenti Cənab İlham Əliyev BMT kimi nüfuzlu bir təşkilatın 30 ildir icrasız qalan 4 qətnaməsini  icra etmə missiyasını ləyaqətlə  həyata keçirdi. Bu Azərbaycanı birmənalı şəkildə dünyada barış və sülh simvoluna çevrilmiş ölkə kimi tanınması deməkdir. Azərbaycan regionda 30 ildir davam edən, qətliama, işğala və atəşə son verdi. Azərbaycan üçün bu Qələbə Azərbaycanın  yeni inkişaf tarixinin başlanğıcı kimi dəyərləndirilmılidir”.

Mahir HÜSEYN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ