SON DƏQİQƏ
» » Azərbaycanın Ermənistanın ərazisində heç bir hərbi məqsədi yoxdur

Azərbaycanın Ermənistanın ərazisində heç bir hərbi məqsədi yoxdur

Tarix:

5-10-2020, 17:14

/ 2 656 dəfə oxundu.
Azərbaycanın Ermənistanın ərazisində heç bir hərbi məqsədi yoxdur


 

Sentyabrın 27-dən başlayaraq Ermənistan ordusu Azərbaycanın mülki əhalisinə qarşı növbəti təxribata əl atdı və bununla da öz vandallıqlarını dünyaya bir daha nümayiş etdirdi.

Bu hadisə Ermənistanın sülh tərəfdarı olmadığını sübut edən ilk təxribat deyil. İstər aprel döyüşləri, istər Tovuz döyüşləri və eləcə də Dağlıq Qarabağ münaqişəsi dövründə törətdiyi təxribatlar erməni tərəfinin bu münaqişənin həllində sülh yolunu seçmədiyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə, Ermənistan tərəfinin hər dəfə mülki əhalini hədəfə alması onların terrorçu bir dövlət olduğunu göstərir. Bütün bunlara baxmayaraq, cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı bir yumruq kimi birləşərək "Vətən sağ olsun!" deyirlər və ordumuza güvənirlər. Ermənistan kiçik bir dövlət olmasına baxmayaraq nəhəng iddialara malikdir. Onun məqsədi bölgədə "Böyük Ermənistan" yaratmaqdır, bu isə sağlam düşüncəyə ziddir. Ermənistan kiçik bir dövlət olmasına baxmayaraq nəhəng ambisiyalara malikdir. Onun məqsədi bölgədə "Böyük Ermənistan" yaratmaqdır, bu isə sağlam düşüncəyə ziddir. Azərbaycanın Suriyadan, Liviyadan terrorçuları, habelə İŞİD terrorçularını ermənilərə qarşı döyüşlərə cəlb etdiyi barədə Ermənistanın bütün açıqlamaları sadəcə rəsmi təsdiqini tapmayan cəfəngiyyatdır.

Oktyabrın 3-də Azərbaycan Ordusunun döyüş əməliyyatları üçün strateji önəm daşıyan Suqovuşan və daha 7 kənd işğalçı qüvvələrdən azad olundu. Bu xəbəri Azərbaycan xalqına çatdıran Prezident İlham Əliyev Böyük Qələbəyə aparan yolun astanasında olduğumuzu elan etməklə yanaşı, bir il öncə dediyi sözün arxasında dayanan, prinsiplərindən dönməyən, Azərbaycan xalqının qüdrətli sərkərdələrinə, dövlət adamlarına xas olan bütün yüksək keyfiyyətləri xarakterində birləşdirən bir lider olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bir il əvvəl, oktyabrın 3-də, "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” bəyanatına "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını vermişdi. O gündən başlayaraq Azərbaycan Prezidenti öncə MDB dövlət və hökumət başçılarının Bişkekdə keçirilən Zirvə toplantısında, sonra Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan debatda Ermənistanın siyasi liderinin absurd iddialarına dərin tarixi bilgiləri, yüksək intellekti və natiqlik bacarığı ilə nida işarəsi qoydu.

Ali baş komandan İlham Əliyevin bir il öncə dediyi "Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin simvoluna çevrilib və döyüş ruhumuzu ayağa qaldırıb. Qələbə bizimlədir!

Məmmədova Esmira,

311 saylı tam orta məktəbin direktoru


скачать dle 12.1

Şərhlər