SON DƏQİQƏ

Tarixi ədalət mütləq olmalıdır!

Tarix:

1-04-2021, 15:34

/ 4 128 dəfə oxundu.
Tarixi ədalət mütləq olmalıdır!

Partiya sədri: "Dünya ictimaiyyəti susduqca ermənilər regionda təhlükə olaraq qalacaq”

"Məkirli erməni siyasəti Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlarla ideoloji soyqırımı törətməyə hələ də davam edir”. Bunu açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Ə.Kazımova bildirib ki, tarix boyu xalqımıza qarşı aparılan soyqırımı siyasəti bu günə kimi beynəlxalq siyasi-hüquqi qiymətini tapmayıb: «31 mart 1918-ci il tarixində ermənilər azərbaycanlılara misli görünməmiş divan tutdu. Tariximizə 31 mart soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə yadda qalmışdır. Avantürist erməni təcavüzünün nəticəsi olaraq milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən qətlə yetirildi. Buna baxmayaraq, beynəlxalq ictimaiyyətin qeyri-adekvat yanaşmasından sui-istifadə edən ermənilər bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdlərini davam etdirməkdədirlər. Dünya ictimaiyyəti 31 mart soyqırımına susduğu kimi, Xocalı soyqırımını da görməzdən gəldi. Bütün bunlardan istifadə edərək ermənilər "yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq regionda baş verən hadisələri şüurlu surətdə təhrif olunması üçün böhtan siyasətini yürütməyə başladılar. Dünya ictimaiyyəti bunu görsə də, yenə susmağa davam etdi. Ermənilər tarix boyu

azərbaycanlılara qarşı soyqırımı törətsə də, özlərini soyqırımı qurbanları kimi qələmə verməyə başladı. Dünya ictimaiyyəti yenə susqunluğunu pozmadı bu qətər qətliamlara imza atan erməni xisləti isə yenə boş dayanmadı. Bu dəfə də, qardaş Türkiyəni soyqırımı törətməkdə ittiham etməyə başladı. Dünya ictimaiyyəti isə hələ də susur».

Partiya sədrinin sözlərinə görə, dünya ictimaiyyəti anlamalıdır ki, onlar susduqca ermənilər regionda təhlükə olaraq qalacaq: «Beynəlxalq ictimaiyyət fərqində deyil ki, məkirli erməni siyasəti dünya ictimaiyyətinin susmasından yararlanaraq, yaxın gələcəkdə bütün region üçün təhlükədir. Bu gün ABŞ "Suriyadakı qətliamı durdurmalıyıq!” deyə çağırışlar edirsə, o çağırışlar "erməni məkirli siyasətini durdurmalıyıq!” kimi də səslənməlidir. Bu yöndə dünya ictimaiyyəti bir addım atmalıdır. Tarixi ədalət mütləq olmalıdır!”.

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər