SON DƏQİQƏ
» » Ermənilər yıxır, dağıdır, Azərbaycan isə bərpa edir…

Ermənilər yıxır, dağıdır, Azərbaycan isə bərpa edir…

Tarix:

18-02-2021, 08:00

/ 3 432 dəfə oxundu.
Ermənilər yıxır, dağıdır, Azərbaycan isə bərpa edir…

Partiya sədri:"Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası Naxçıvan dəhlizinin yaradılmasında olduqca gərəkli olacaq”

"Horadiz-Zəngilan-Ağbənd dəmir yolu Azərbaycana həm strateji, həm iqtisadi, həm də siyasi dividentlər qazandıracaq”. Bunu "Azad Azərbaycan" qəzetinə açıqlamasındaAzərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovadeyib.

Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xətti Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq: «Cənab Prezidentin uzaqgörən siyasəti sayəsində Horadiz-Ağbənd dəmir yolu nəqliyyatı eyni zamanda Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranması deməkdir. Cənab Prezidentin də qeyd etdiyi kimi Horadiz-Zəngilan-Ağbənd dəmir yolu ilk növbədə azad edilmiş torpaqlara həm vətəndaşların gedib-gəlməsi üçün, həm də yüklərin daşınması üçün olduqca önəmli bir layihədir. Həmin dəmir yolunun həm də Naxçıvana getməsi isə olduqca perspektivli bir addımdır. Çünki noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var».

Partiya sədri qeyd edib ki, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası birmənalı olaraq Naxçıvan dəhlizinin yaradılmasında olduqca gərəkli olacaq: «Nəticə etibarilə həm Horadiz-Zəngilan-Ağbənd dəmir yolu, həm Naxçıvan dəhlizi ilə Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına nəqliyyat istisnası olmadan gediş-gəlişi tənzimləməyə nail olacaq. Bu isə Azərbaycana həm strateji, həm iqtisadi, həm də siyasi dividentlər qazandıracaq».
Ə. Kazımova bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması müstəsna əhəmiyyətə malikdir. Xüsusən hazırda Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməsi, birmənalı olaraq həm müharibədən tam qələbə ilə çıxmağımızı göstərdiyi kimi, ölkəmizin əsaslı və köklü dövlət strategiyasından xəbər verir: «Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası özü özlüyündə baxın, nə qədər strateji əhəmiyyət daşıyır».
Partiya sədri əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə "ağıllı kənd” və "ağıllı şəhər” layihələrinin icrasına başlanması bu rayon və bölgələrimizin ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevriləcəyinə dəlalət edir: «Cənab Prezidentin qeyd etdiyi kimi, artıq Zəngilanda birinci "ağıllı kənd” layihəsinin icrasına başlanılmışdır. Bu dünya ictimaiyyətinə də bir mesajdır əslində. Erməni yıxır, dağıdır, Azərbaycan bərpa edir, təmir edir, əmin-amanlıq yaradır… Beynəlxalq ictimaiyyət bu amili, fərqi görməlidir… Bəli, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra, öz coğrafi ərazilərinin bərpasına başlayıb. Amma bu coğrafi ərazilər baxın nə qədər beynəlxalq maraqları biləşdirə biləcək strateji əhəmiyyətə malikdir. Cənab Prezident bu maraqları sülh, barış, əmin-amanlıq və sabitliyin təminatı çərçivəsində birləşdirməyi bacarır. Bunu isə birmənalı olaraq, Cənab Prezidentimizin diplomatik zəfəri kimi dəyərləndirmək mümkündür”.

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ