SON DƏQİQƏ

Azərbaycandan İrana 60 milyonluq yatırım

Tarix:

25-03-2018, 08:30

/ 10 319 dəfə oxundu.
Azərbaycandan İrana 60 milyonluq yatırım

Azərbaycan İranın Gilan vilayətində Astara dəmir yolu yük stansiyasının inkişafına 60 milyon dollar yatıracaq.

Gunaz.az bildirir ki, bunu "İran Dəmir Yolları"nın beynəlxalq daşımalar şöbəsinin rəhbəri Hüseyn Aşuri deyib.

Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu layihəsinin inspeksiyası zamanı Aşuri deyib ki, stansiyanın istismarı yüklərin daşınması üçün Azərbaycanca 15 il müddətinə verilib.

O, həmçinin, bildirib ki, dəmir yolunun bu hissəsi cümə axşamı günü İran prezidentinin Azərbaycana səfəri çərçivəsində açılacaq və Rəşt-Astara dəmir yolunun layihəsinin reallaşdırılmasına 500 milyon dollar həcmində saziş imzalanacaq.

Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ