SON DƏQİQƏ
» » Martda Azərbaycan və İranın Astarası birləşdiriləcək - FOTO

Martda Azərbaycan və İranın Astarası birləşdiriləcək - FOTO

Tarix:

8-02-2018, 15:51

/ 1 296 dəfə oxundu.
Martda Azərbaycan və İranın Astarası birləşdiriləcək - FOTO

Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

Bu barədə Gunaz.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, bu gün Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir. Yük daşımaları Departamentinin rəis müavini Pənah Kərimovun verdiyi məluma görə, hazırda İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

 

Martda Azərbaycan və İranın Astarası birləşdiriləcək - FOTO

 

Martda Azərbaycan və İranın Astarası birləşdiriləcək - FOTO

 

Martda Azərbaycan və İranın Astarası birləşdiriləcək - FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ