SON DƏQİQƏ

Paşinyan beynəlxalq tribunala veriləcək

Tarix:

19-11-2020, 16:19

/ 5 711 dəfə oxundu.
Paşinyan beynəlxalq tribunala veriləcək


 

Əsli Kazımova: "Paşinyan törətdiyi cinayətlərin hesabını mütləq sürətdə verməlidir”


"Ermənistan daxilində baş verənlərin hamısı Putinin də dediyi kimi, kino deyil, əsl faciədir”.Bunu "Azad Azərbaycan"a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovadeyib.

Onun sözlərinə görə, Paşinyan erməni xalqını məhvə sürükləməklə Ermənistanda diktatura rejmini ən sərt şəkildə təbliğ edir.

Ə.Kazımova real siyasi müstəvidə baş verənləri xarakterizə edərək bildirib ki, bağlanan üçtərəfli anlaşmadan dərhal sonra Ermənistan daxilində etirazların başlanması təsadüfi deyildi: «Erməni ictimaiyyəti bu anlaşmanı bağlayacağı halda nə üçün minlərlə erməni əsgərini ölümə göndərdiyinin hesabını sormaq üçün ayağa qalxıb. Bu gözlənilən hal idi. Amma maraqlısı odur ki, Paşinyan bütün bunların olacağını ehtimal etsə də, anlaşmadan öncə erməni ictimaiyyətini feyk informasiyalarla, yalanlarla müharibəyə kökləyirdi. Belə bir anlaşma üçün zəng etmədiyi adam qalmadığı halda, "müharibəni dayandırmaq üçün hər yolu sınayacam” deyə öz facebook səhifəsindən bu etirafları etsə də, xalq qarşısında sülh və anlaşma kimi ehtimalların da ola biləcəyini qətiyyətlə inkar edirdi. Və 10 noyabr tarixində tarixi anlaşmadan dərhal sonra Ermənistan parlamentinə hücum edən etirazçılar spiker Mirzoyana ağır zərbələr endirsə belə, sonradan Paşinyan spikerin vəziyyəti ilə bağlı yox, məhz etirazçılar tərəfindən oğurlanan parfümündən, saatından danışdı... Bununla da, Paşinyan üçün insan həyatının bir parfümün dəyəri qədər qiyməti olmadığını göstərmiş oldu».

Partiya sədri qeyd edib ki, bu gün Ermənistanda kim Paşinyanı istefaya səsləsə, gecə ilə həmin insanın evinə hücumlar təşkil edilir, basqınlar olur, yaxınları və həmin adam təqiblərə məruz qalır. Hətta bir neçə belə aktivist naməlum şəkildə qətlə yetirilib: «Bəs Paşinyan axı BMT-nin yüksək tribunasından Ermənistandakı olmayan "demokratiyadan” danışırdı? Necə oldu onun demokratiyası? Ermənistan prezidentinin bu üçtərəfli anlaşmadan belə xəbəri yox idi. Utanmadan bu anlaşma ilə bağlı məlumatı mətbuatdan öyrəndiyini qeyd etdi. Bu o deməkdir ki, Ermənistan daxilində tək hakimiyyətlilik mövcuddur. Və ya Paşinyan Ermənistanı öz şəxsi şirkəti kimi idarə etmək niyyətindədir. Ona görə də, bütün qərarları, hətta ölkəni sözün əsl mənasında kapitulyasiyaya aparan qərarları sadəcə özü qəbul edir. Belədirsə, o zaman nəticələrinə də insan özü hazır olmalıdır. Amma Paşinyan nəticə nə olursa-olsun, "toplananların yerini dəyişsək də cəm eyni qalır” riyazi düsturuna uyğun olaraq, siyasət yürütmək niyyətindədir. Ona görə də, heç kimlə məsləhətləşmədən verdiyi qərarların nəticələrinin qarşılığını başqa nazirləri istefaya göndərməklə ödəmək məqsədi güdür».

Ə.Kazımova əlavə edib ki, kapitulyasiyadan öncə məsuliyyəti əlinə almaqla nəticələrini hesablamadan addım atdığı halda, cəzalandırılarkən başqa nazir və hakim dairələrin nümayəndələri cəzalandırılır. Bu siyasi manevri hiss edən, daha doğrusu açıq aydın görən erməni ictimaiyyəti də, ayağa qalxır. Çünki görür ki, Paşinyanı bir baş nazir kimi ölkədəki sabitlikdən daha çox parfüm maraqlandırır. Ölkənin "vətəndaş müharibəsi” astanasında olması onu zərrə qədər maraqlandırmır. Bu gün «Çiçəklənən Ermənistan» fraksiyasının üzvü Naira Zoqrabyan çıxış edərək, onun başına gələn işdə birmənalı olaraq Paşinyanın təqsirkar olduğu ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlayır. Paşinyan çox yaxşı bilir ki, ölkənin baş nazir postunu tərk edər-etməz onu beynəlxalq tribunala verəcəklər. Paşinyan törətdiyi cinayətlərin hesabını mütləq sürətdə verməlidir! Cənab Prezident İlham Əliyevin də, dediyi kimi, rəsmi İrəvan məhkəmələrdə törətdikləri qətllərə görə hələ cavab verəcəklər...»

Bilman İSAQ

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ