SON DƏQİQƏ

Paşinyan beynəlxalq tribunala verilməlidir

Tarix:

17-11-2020, 13:41

/ 5 262 dəfə oxundu.
Paşinyan beynəlxalq tribunala verilməlidir

Əsli KazımovaBu gün Ermənistanın daxilində xaricindəbaş verənlər, Paşinyan rejminin özbaşınalığının bariznümunəsidir»

 

«Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış sazişdən, İrəvanın açıq məğlubiyyətindən sonra, Ermənistan daxilində sözün əsl mənasında xaos baş qaldırıb». Bunu«Azad Azərbaycan»a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovadeyib.

Onun sözlərinə görə, bu gün Ermənistanın daxilində və xaricindəbaş verənlər, Paşinyan rejminin özbaşınalığının bariznümunəsidir: «Ermənistan xalqı illərdir bu cür təqiblərə və təhdidlərə məruz qalır. Bu günə kimi mütəmadi olaraq, atəşkəs rejmini pozmaqla daxili çəkişmələri və ona qarşı olan etirazları susdurmağa çalışırdı. Yəni erməni xalqının diqqətini daxili problemlərdən yayındırmaqla, cəbhə bölgəsinə yönəldirdi. Paşinyan erməni ictimaiyyətini Azərbaycanın əli ilə təhdid edirdi. Hal-hazırda isə erməni ictimaiyyəti Paşinyanın əsl simasını gördü».

Ə.Kazımovabirmənalı olaraq, Paşinyan bu gün vəzifəsini qoruyub saxlaya bilmək üçün hər şey edir və edəcək: «Paşinyanın baş nazir olaraq ölkədə vətəndaş müharibəsinin qarşısını almaq və ölkədə siyasi sabitliyi təmin etmək bir nömrəli vəzifəsi olmalı idi. Lakin obu yolu deyil, sərt diktatura yolunu seçdi. Bu gün Ermənistan daxilində kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, siyasi fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur. Hətta sui-qəsdlər törədilir, evlərə hücumlar və basqınlar təşkil olunur».

Partiya sədri qeyd edib ki, "Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zoqrabyanınona güclü təzyiqlər olduğunu və əgər başına bir iş gələrsə, bunda Paşinyanın günahı olacağını bəyan etməsi qeyd olunanların sübutu ola bilər: «Bu birmənalı olaraq onu sübut edir ki, Ermənistan daxilində siyasi özbaşınalıq və hərc-mərclik baş alıb gedir.Bununla yanaşı, ölkədə mətbuat sərt təqibə məruz qalır. Müharibə başladığı ilk gündən bu günə kimi Ermənistandabirçox mətbu orqanların fəaliyyəti dayandırılıb. İnformasiya məhdudiyyəti bu gün də Ermənistanda tətbiq edilir. Paşinyan rejminə qarşı fikir bildirən jurnalistlər təqibə məruz qalır, həbs edilir, təhdid olunur».

Partiya sədri əlavə edib ki, daha öncə Dağlıq Qarabağda yerləşdirilən erməniləri acınacaqlı halda yaşamağa sövq edən Paşinyan hakimiyyəti onları beynəlxalq təşkilatlara göstərərək, qrantlar qazanıb: «Ermənistan QHT-lərinin çalışma fəaliyyətləri bundan ibarət idi. Bu gün hardadır o beynəlxalq təşkilatlar? Nəyə görə susurlar? Ermənistanda mövcud durumun 1%-i Azərbaycanda yaşansaydı, sizcə beynəlxalq təşkilatlar belə susardımı? Daha öncə düşünürdük ki, Azərbaycana qarşı ikili standartlar tətbiq olunur. Amma indiki şərtlərdə görürük ki, ümumiyyətlə Ermənistanla bağlı məsələlərdə beynəlxalq təşkilatlar obyektiv mövqe ortaya qoya bilmir. BMT–dünyanın ən nüfuzlu bynəlxalq təşkilatı olsada 30 ildir qəbul etdiyi 4 qətnaməni icra etməyən Ermənistanla bağlı heç bir ədalətli qərar qəbul etmədi. Bu gün Azərbaycan həmin o qətnamələrin daha artıq Ermənistan tərəfindən iqnor edilməməsinə izin vermədi. Cənubi Qafqazda terrora son qoymaq adına geniş miqyaslı mübarizə apardı. Canı, qanı bahasına bir mübarizə. Bu gün hansı beynəlxalq təşkilatdan Azərbaycanın bu kimi təşəbbüsü qiymətləndirildi? Və ya Ermənistandakı mövcud xaotik vəziyyətə nəyə görə, BMT bir reaksiya vermir? Axı bu gün Təhlükəsizlik Şurasının bütün maddələrini pozaraq, həmin şurada təmsil olunur. Nəyə görə onun bu kimi əməllərinin ən azından təkrarlanmaması adına sanksiyalar tətbiq edilmir? Axı biz bütün tarix boyu görürük ki, qiyamla və diktatura rejmi ilə hakimiyyəti əlində qoruyub saxlamağa çalışan heç bir siyasi dairə qələbə qazanmayıb….

Bütün bu tendensiyalar hesab edirəm, hər kəsi düşündürməlidir. Paşinyan bu gün beynəlxalq tribunala verilməlidir və törətdiyi qətllərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Erməni xalqı ən azından bunu etməlidir”.

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ