SON DƏQİQƏ

Paşinyan rejimi erməniləri uçuruma aparır

Tarix:

9-11-2020, 19:17

/ 5 289 dəfə oxundu.
Paşinyan rejimi erməniləri uçuruma aparır

Əsli Kazımova: "Azərbaycan BMT-nin öhdəçiliyində olan işi icra edir...”

"Ermənistanın Azərbaycana qarşı təxribatları hər zaman  davamlı və məqsədyönlü olub”. Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Ermənistan hərbi təxribatlarla Azərbaycanı susduracağını düşünürdü: "Ali baş komandan isə Paşinyana sözün əsil mənasında "Qarabağ Ermənistandır” kəliməsini işlətməsinə peşiman etdi. Cənab Prezident İlham Əliyev, bu il Şuşada ermənilər tərəfindən keçirilən "qondarma inaqurasiya mərasimi”ni onların burunlarından gətirdi. Eyni zamanda ermənilərin əsil simasını dünya ictimaiyyətinə bütün çılpaqlığı ilə nümayiş etdirməyə müvəffəq olduq. Bu böyük strategiya və diplomatiyanın bəhrəsidir. Cənab Prezident bu gün qazanılan zəfərlərə illlərdir hazırlaşır. "30 ildir yatmışıq” deyənləri utandıracaq böyük zəfərlərə çox qısa zamanda imza atmağa müvəffəq olduq. Bu gün bütün dünya Azərbaycanın hərbi gücündən, ordu quruculuğundan danışır. Xaricdə Azərbaycan sərkərdələri, komandirləri öz bilik və bacarıqları ilə dillərə dastandır. Əsgərlərimizin mərdliyindən bu gün Rusiya nəşrləri yazır. Ermənistan İsrailə bu gün ultimatum göndərir. Azərbaycana silah satmağa davam etdiyi halda, İsrail ilə ticarət əlaqələrini kəsəcəyini bildirir. Tel-Əvivdəki səfirini geri çağırır, İsraildə baş nazirin ofisi önündə mitinqlər keçirdir. Amma heç bir şəkildə Azərbaycana olunan silah satışını durdura bilmir. İllərdir, erməni xalqını soyub soğana çevirib. Amma illərdir Ermənistan hərbi sahəsinə vəsait yatırılmayıb.

Partiya sədri qeyd edir ki, bu günlərdə erməni funksionerlərdən biri qeyd etdi ki, Paşinyanın həyat yoldaşının qolundakı saatın dəyəri 5.5 milyon dollardır. Digər tərəfdən erməni əsgəri sosial media hesabından erməni xalqına müraciət dərək, hər kəsdən artıq qalan yemekləri onlara vermələri üçün çağırışlar edir. Anna Akopyan əlinə pulemyot alıb selfi çəkdirməklə vətənpərvərlik olmur. 5 milyonluq saatı niyə ac erməni ordusuna bağışlamır? Ac və müasir texnika ilə təchiz olunmamış bir ordunu güllə qarşısına  göndərmək, sizcə erməni ictimaiyyətinə bir xəyanət deyilmi? Bu Paşinyanın erməni xalqına tutduğu divan kimi qiymətləndirilməlidir. Üstəlik məcburi evlərindən çıxarılaraq, həbslə və yaxın qohumlarının işdən çıxarılması ilə təhdid edilərək, savaş meydançası adı ilə bilincli şəkildə insanları ölümə tərk etmək deyil mi? İndi siz deyin, ermənilərin soyqrımı Paşinyana nə üçün lazımdır? Azərbaycana bu lazım deyil. Azərbaycan sadəcə öz torpaqlarını geri istəyir. Heç kəsin də ölümünü istəmir. Bu məsələni niyə dünya ictimaiyyəti görmür axı? Rəsmi İrəvanın işğalçılıq siyasəti sadəcə Azərbaycanın dinc əhalisinə qarşı bir soyqrım deyil, bu eyni zamanda erməni icmasının regiondan silinməsinə hesablanmış bir siyasətdir.

Biz bunları erməni girovların ifadələrini dinlədikdə də, görürük ki, heç bir erməni Azərbaycana qarşı müharibədə iştirak etmək istəməyib. Amma həbs edilmə ilə təhdid edilərək, döyüş meydançasına gətirilib. Əllərinə silah verilənə qədər onları "bir iki gün keşik çəkib dönəcəksiniz” deyərək, aldatıblar. Aldanmayan  əsəgərləri döyüş meydançasına heyvan kimi zəncirləyiblər. Bunlar faktdır. Erməni xalqı birmənalı şəkildə hər kəsin əsil üzünü görməlidir. Azərbaycanın erməni xalqı üçün doğan bir günəş ola biləcəyinə inanmalıdır. Paşinyan rejiminin onları uçuruma apardırqlarını, ölümə sürüklədiklərinin fərqinə varmalıdırlar.

 Ə.Kazımova ermənistanın iqtisadiyyatından danışaraq bildirib ki, bu gün Ermənistanın illik büdcəsi 2-3 milyard dollar vəsait təşkil edir. Amma 8 milyard dollar borcu olan bir dövlətdir. Hazırda pandemiya səbəbindən  işsizlik ücbatından xaricə  gedənlər də gedə bilmir. Ölkə blokada şəraitindədir. Xaricdə yaşayan erməni milyonçular isə hazırki şəraitdə "boş atıb, dolu tutmaq” xətrinə sadəcə şablon çıxışlarla məşquldur. Paşinyan hakimiyyəti əlində saxlaya bilmək üçün hər yola əl atır. Amma nədənsə, heç kəs Paşinyan rejminin erməni xalqını məhkum etdiyi ölüm hökmünü görmür. ATƏT-in Minsk Qrupu daxil heç bir beynəlxalq təşkilat buna reaksiya vermir. Arada bir "danışıqlar masasına qayıdın” deyə Azərbaycana və Ermənistana birgə müraciət etmələri qəbuledilməzdir. İşğalçı ilə işğala məruz qalanı eyni çəkidə dəyərləndirmək yalnışdır. Azərbaycan heç kəsin torpaqlarına iddia etmir. Azərbaycan öz torpaqlarında terrora qarşı mübarizə aparır, BMT-nin yerinə qəbul edilən 4 qətnaməni icra edir. Nə oldu? Pandemiya ilə əlaqədar BMT-nin öhdəliyinə düşən tədbirləri həyata keçirə bilən Azərbaycanın fəaliyyəti təqdir olunurdu? Yenə də Azərbaycan BMT-nin öhdəçiliyində olan işi icra edir axı. 30 ildir BMT-nin icrasız qalan qətnamələrini bu gün Azərbaycan həyata keçirir. Bundan başqa bu gün Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatı üçün mübarizə aparır. Bundan başqa rəsmi İrəvan tərəfindən ölümə sürüklənən erməni xalqının təhlükəsizliyini təmin etmək adına,  Paşinyanın işğalçı siyasətini sonlandırır. Bu tarixi məsələlərdir. Amma Qərb məsələlərə sadəcə bir pəncərədən baxır. Onları qorxudan Azərbaycan Türkünün siyasi üstünlüyüdür. Amma beynəlxalq ictimaiyyətdən sadəcə obyektiv mövqe tələb olunur. Türkün siyasi üstünlüyü faktoru mövcud geosiyasi məsələləri, regionda təhlükəsizliyin təmin olunması məsələsini obyektiv dəyərləndirməyə mane olmamalıdır. Cənab Prezident də, dəfələrlə öz çıxışlarında və müsahibələrdində bildirir. Azərbaycana heç kəs təsir edə bilməz. Azərbaycan öz qətiyyətli və ədalətli siyasi priniplərindən dönməyəcəkdir. Biz dünya ictimaiyyətindən Azərbaycanı müdafiə etməyə çağırmırıq. Biz sadəcə onların obyektiv və ədalətli prinsiplərdən çıxış etməyə dəvət edirik..."

İlqar QURBAN

 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ