SON DƏQİQƏ
» » Postunu itirmək üzrə olan Paşinyan işsiz qalmayacaq

Postunu itirmək üzrə olan Paşinyan işsiz qalmayacaq

Tarix:

27-10-2020, 09:36

/ 3 453 dəfə oxundu.
Postunu itirmək üzrə olan Paşinyan işsiz qalmayacaq


 

Hə Nikol, indi get mədəni muxtariyyat çərçivəsində Qarabağ ermənilərinin rəqs ansamblını yarat və nə qədər istəyirsən "Yallı” get.

«Ermənistanın son təxribatından və ordumuzun cəbhəboyu hücuma keçərək ərazilərimizi azad etməyə başlamasından dərhal sonra Nikol Paşinyan təhrikedici bəyanatlar verməyə başladı. Təbii ki, bu da onun xislətindən irəli gəlir». Bu fikirləri"Azad Azərbaycan"a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Nikolun ""Qarabağ ordusu"na qarşı Azərbaycan və Türkiyə hərbçiləri ilə yanaşı Suriyadan gələn muzdlu terrorçular vuruşur və onların Rusiya ərazisinə keçmək ehtimalı var” - deyib, Rusiya prezidentini terrorla qorxutmağa çalışması ancaq gülüş doğurur.

"Ermənistan KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının) üzvüdür və Azərbaycanın hərbi uğurları bu hərbi blokun nüfuzuna ağır zərbə vuracaq” – deyən Paşinyan acizanə surətdə müttəfiqlərini həmrəylik göstərməyə, təşkilatın Nizamnaməsinin ruhuna və hərfi mənasına uyğun addımlar” atmağa çağırır. Lakin onun bütün çağırışları cavabsız qalmaqdadır.
Partiya sədriqeyd edib ki, Nikolhər gün Rusiya prezidentinə zəng edir və ona normal işləmək imkanı da vermir. Putin isə birtəhər səbr edib Paşinyana izah etməyə çalışır ki, onun Ermənistanın problemlərini dinləməkdən başqa işləri də var və o bününçün işləməlidir. Paşinyan isə elə tutuquşu kimi eyni sözləri təkrarlamaqdadır: "Azərbaycan Ordusu gəlir! Qabağında dura bilmirik! KTMT kömək eləməsə batacağıq!”.
Rusiya prezidenti yenə səbrini birtəhər basıb növbəti dəfə izahat verdi: "Hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir və heç kim bu münaqişəyə müdaxilə etmək haqqına sahib deyil”.
Partiya sədri qeyd edib ki, belə izahatlar da Paşinyana çatmır: «Onun Putinə ünvanlanan zəng-yalvarışlarının bitməyəcəyini anlayan mətbuat katibi Peskov daha kəskin bəyanat vermək məcburiyyətində qaldı. "Rusiya KTMT çərçivəsində Ermənistan qarşısında öhdəlik daşıyır! Qarabağ qarşısında heç bir öhdəlik daşımır!” – deyə İrəvana mesaj ünvanladı. Beləliklə, həm prezident Putin, həm də onun mətbuat katibi son dərəcə aydın şəkildə izah etdilər ki, hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, Qarabağda gedir. Qarabağ isə Ermənistan deyil, Azərbaycandır! Yəqin ki, inanmayacaqsınız. Ancaq yenə də fenomenal erməni qanmazlığı nümayiş etdirib anlamadı.Və həm Paşinyan, həm də onun bədbəxt günə qoyduğu ermənilər Putinin "Valday" beynəlxalq diskussiya klubundakı çıxışını səbrsizliklə gözlədilər. O da danışdı və bu dəfə məhz ermənilərin anlayacağı dildə danışaraq Rusiyanın mövqeyini ortaya qoydu.
"Ermənistan və Azərbaycan Rusiya üçün bərabər tərəfdaşdır”- dedi və ermənilərə - siz özünüzü strateji müttəfiq saysanız da, Azərbaycan ən azı sizin qədər bizə yaxındır və Rusiya sizə görə bu nüfuzlu dövlətlə münasibətini pozmayacaq - həqiqətini anlatmağa çalışdı.
"Azərbaycanın torpaqlarının bir hissəsi işğal altındadır və bu vəziyyət sonsuzluğa qədər davam edə bilməz!"-deyərək, Azərbaycanın apardığı hərbi əməliyyatlara dəstək verdi. Paşinyanaisə son dəfə anlatmağa çalışdı ki, "ermənilərin gözlədiyi dəstək olmayacaq! Rusiya bu dəfə ermənilərin əvəzindən vuruşmayacaq!”. Bu sözləri ilə məhv elədi erməniləri. Son yüz ilin ən ağır zərbəsini vurdu onlara».
A.Səmədov bildirib ki, yenə də ermənilərə ən böyük şoku həmişə olduğu kimi Prezident İlham Əliyev yaşatdı: «Yaponiyanın "Nikkei” qəzetinə müsahibə verən Ali Baş Komandan ermənilərin arzularını gözlərində qoyacağını özünəməxsus qətiyyətlə bəyan etdi: "Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər”. Bax, belə, Nikol! Görürsən Azərbaycan Prezidenti səni işsiz qoymamaq üçün əlindən gələni edir. İndi get, mədəni muxtariyyat çərçivəsində Qarabağ ermənilərinin rəqs ansamblını yarat, ona rəhbərlik elə və nə qədər istəyirsən "Yallı” get!»

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ