SON DƏQİQƏ
» » Paşinyan: “Hakimiyyət dəyişikliyindən sonra Ermənistan KTMT-də qalacaq”

Paşinyan: “Hakimiyyət dəyişikliyindən sonra Ermənistan KTMT-də qalacaq”

Tarix:

27-04-2018, 22:43

/ 10 387 dəfə oxundu.
Paşinyan: “Hakimiyyət dəyişikliyindən sonra Ermənistan KTMT-də qalacaq”

Hakimiyyət dəyişikliyindən sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzv kimi qalacaq.

Gunaz.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistan müxalifətinin lideri Nikol Paşinyan Gümrüdə keçirdiyi mitinqdə bəyan edib.

“Ermənistanın KTMT-də qalacağına zəmanət verirəm. Çünki bu Ermənistanın milli maraqlarına cavab verir”, deyə N.Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, rəhbərlik etdiyi hərəkət Rusiyaya qarşı düşmən mövqedə deyil və ölkəni düşüncəsiz, macəralı yola sürükləməyəcək.

Paşinyan hökuməti istefa verməyə və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə çağırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ