SON DƏQİQƏ

Nikol Qarabağa nöqtə qoya bilmədi

Tarix:

22-10-2020, 16:35

/ 3 254 dəfə oxundu.
Nikol Qarabağa nöqtə qoya bilmədi

Son illər tez-tez üzləşdiyimiz erməni təxribatları 2020-ci il başlayandan daha həyasız şəkil aldı.

Gah "Dağlıq Qarabağ respublikasi”nda"prezident seçkisi” keçirib, Şuşada "inaqurasiya mərasimi” təşkil etdilər.

Müxalifət hay-haray saldı. Prezident İlham Əliyev heç bir reaksiya vermədi.

Gah Şuşada, cıdır düzündə yallı gedib, bizə meydan oxudular. "Dağlıq Qarabağ respublikasi”nın "paytaxtı”nı Şuşaya köçürəcəklərini dedilər.

Yenə müxalifət hay-haray saldı. Yenə Prezident İlham Əliyev heç bir reaksiya vermədi.

Sonra başqa təxribatlar gəldi. N.Paşinyanın arvadı əlindəki avtomatı bizə tuşlayıb şəkil çəkdirdi. Paşinyan Qarabağı "su yoluna” döndərdi.

Müxalifət "niyə Paşinyanı göydə vurmuruq? Nə qədər bu həyasızlığa dözəcəyik?”-suallarını yağdırdı.

Yenə Prezident İlham Əliyev heç bir reaksiya vermədi.

Ermənilər yeni Azərbaycan torpaqlarını ələ keçirmək "planlarını” bəyan edəndə sakit, səbrli duruşunu pozmayan dövlət başçımız mötəbər BMT Baş Məclisinin tribunasından xəbərdarlıq edərək, "Ermənistan müharibəyə hazırlaşır”-dedi.

Dünya birliyi, ilk növbədə Ermənistanın havadarları olan dövlətlər bu xəbərdarlıqdan düzgün nəticə çıxarmadılar. Həddini aşan ermənilərə vaxtında "qulaqburması” vermədilər.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdular.

Yalnız həmin bazar səhəri anladıq ki, müxalifətin haray-həşir qopardığı günlərdə prezident İlham Əliyev çox böyük diplomatik iş aparırmış və onun rəhbərliyi altında yetişməkdə olan erməni hücumlarının qarşısını almaq, bütün cəbhəboyu əks-hücuma keçmək üçün hazırlıqlar görülürmüş.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevdən erməni ordusunu darmadağın etmək və cəbhəboyu əks-hücuma keçmək əmri alan ordumuz qısa müddətdə uzun illər həsrətində olduğumuz xeyli ərazini işğaldan azad etdi,erməni ordusunun hərbi texnika bazasının böyük hissəsini sıradan çıxardı, minlərlə düşmən əsgərini məhv etdi.

Bir qədər əvvəl Baş nazir N.Paşinyan başda olmaqla həyasızlıq edən ermənilər təşviş, qorxu işərisində nə edəcəklərini bilmirlər. Ermənistan ordusu hər şeyi ataraq döyüş meydanından qaçır.

Ali Baş Komandan bütün cəbhələrdə mübarizəsini zəfərlə davam etdirir. Hərbi əməliyyatlara nəzarət edir. İnformasiya müharibəsinin əsas ağırlığını öz üzərinə götürərək erməni təbliğatçılarının "arqumentlərini” darmadağın edir. Və az qala hər gün uzun illər məğlubiyyət acısını yaşayan xalqımıza qələbə xəbərlərini çatdırır, azad olunan torpaqlar haqqında müjdə verir.

İnanırıq ki, son və qəti qələbə barədə xəbər alacağımız günə çox az vaxt qalıb.

Sizi güvənirik və torpaqlarımızın tamamilə azad olunması barədə xəbəri ğözləyirik, cənab Ali Baş Komandan!

İnanırıq ki, N.Paşinyan nə qədər əldəqayırma "andiçmə mərasimləri” keçirsə də, əldən düşənə qədər "yallı” getsə də, boğazı cırılana qədər "Qarabağ Ermənistandır”deyib, nöqtə qoymağa çalışsa da heç nə dəyişməyəcək və son sözü yenə də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev deyəcək:

"Qarabağ Azərbaycandır!” "Qələbə bizimlədir!”

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans partiyasının sədri.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ