SON DƏQİQƏ
» » Azərbaycanın sosial siyasəti yüksək göstəricilərə malikdir

Azərbaycanın sosial siyasəti yüksək göstəricilərə malikdir

Tarix:

22-04-2021, 15:35

/ 3 263 dəfə oxundu.
Azərbaycanın sosial siyasəti yüksək göstəricilərə malikdir

Əsli Kazımova:  Ölkəmizin sosial siyasi inkişaf tempi güclü dövlət idarəçilik modelinin əsasını təşkil edir”.
"Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı dövlət     siyasətinin mühüm istiqamətlərindən biridir”. Bunu «Azad Azərbaycan»a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə mütərəqqi və  davamlı sosial siyasət həyata keçirilir. Bu məsələ xüsusilə önəmlidir, çünki ölkədə aparılan mütərəqqi sosial siyasət birmənalı olaraq, Azərbaycanın dinamik inkişaf tempinə öz tövhəsini verir. Etiraf etmək gərəkir ki, Azərbaycan sosial siyasətin inkişaf dinamikasının hər il digər illərə nisbətən daha yüksək göstəricilərinə malikdir.
Partiya sədri qeyd etdi ki, bu gün heç kəsə sir deyil ki, Cənab Prezidentin yürütdüyü modern dövlət quruculuğunda sosial siyasət birmənalı olaraq,  şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsinə əsaslanır. Belə ki, bu gün ölkəmizdə həyata keçirilən mütərəqqi sosial siyasət vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsini hədəfləyir. Buna misal olaraq, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana qəsəbəsində daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilməsini göstərmək gərəkdir. Yəni Cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının ildən-ilə genişləndirilməsi mövcud  reallığın sadəcə bir nümunəsidir. Bu isə birmənalı olaraq, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması Cənab Prezidentin apardığı dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmiz inkişaf etdikcə, biz  ölkənin sosial həyatının bütün sahələrində bu inkişafı gözlə görüləcək şəkildə hiss edirik. Pandemiya ilə mübarizə aparılan bir dövrdə, bütün dünyada xaotik bir vəziyyət tüğyan etsə də, Azərbaycan bu xaotik vəziyyətdə ölkədaxili sabitliyini qoruya bildi. Hələ bu azmış kimi, müharibə apardı və bu müharibədən zəfərlə çıxdı. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də hər zaman  şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Bu danılmaz və təkzibedilməz bir faktdır. 
Ə. Kazımova bildirdi ki, bundan əlavə bu gün Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibə əlillərinin müraciətlərinin araşdırılması və hüquqlarının operativ təminatı müəyyən olunmuş  işçi qrupları tərəfindən xüsusi diqqətlə qarşılanması da, təqdirə layiq haldır. Cənab Prezidentin apardığı siyasət gördüyünüz kimi, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin hərtərəli  sosial müdafiəsinin təmin olunmasını hədəfləyir. 2019-2020-ci illərdə Yevlax, Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi əsaslı təmir olunaraq və yenidən qurularaq, ən müasir avadanlıqlarla təchiz edilərək, Şağan Reabilitasiya Pansionatı kimi şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərin istifadəsinə verilib. Ümumiyyətlə, Azərbaycanın apardığı davamlı sosial siyasəti saymaqla tükənmir.  İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Ölkəmizdə təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsini, məcburi köçkünlərə qayğının artırılması da əsas məsələlərdən biridir. Biz sözlə,  ölkəmizin sosial siyasi inkişaf tempi güclü dövlət idarəçilik modelinin əsasını təşkil edir.
Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ