SON DƏQİQƏ
» » Bu gün ölkədə partiyalar arasında sağlam rəqabət mühiti formalaşıb

Bu gün ölkədə partiyalar arasında sağlam rəqabət mühiti formalaşıb

Tarix:

30-11-2020, 21:19

/ 4 777 dəfə oxundu.
Bu gün ölkədə partiyalar arasında sağlam rəqabət mühiti formalaşıb

Partiya sədri: "Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin nə qədər gərəkli olduğunun bir daha şahidiyik”

"Cənab Prezidentin ölkədə apardığı islahatların nəticəsidir ki, bu gün ölkədə müxalif və iqtidar mövqeli insanların status və hüquqları bərabərdir”. Bunu "Azad Azərbaycan"a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, düz bir ildir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə iqtidar və müxalif partiyalar arasında sağlam rəqabət mühiti formalaşıb: «Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin genişmiqyaslı və səmərəli fəaliyyətinin müharibə dövründə böyük töhfələrinin olması danılmaz faktordur. 44 günlük müharibə dövründə müxalif və iqtidar partiyalarının həmrəyliyi, milli ideologiya naminə siyasi mövqeləri fərqli olsa da birlik və bərabərlik nümayiş etdirməyə nail olan bu şöbənin bir ildə mümkünsüzü bacarmaları təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. İllər öncə Azərbaycandakı daxili siyasi çəkişmələri göz önündə canlandırınca, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin nə qədər gərəkli olduğunun bir daha şahidi olmaq mümkündür»».

Partiya sədri xatırladıb ki, ötən bir il içində müxalif partiyaların dəfələrlə iqtidarla görüşləri keçirilib: «Pandemiya dövründə belə bu görüşlər öz mütəmadiliyini və ciddiyyətini qorudu. 50 dən çox müxalif partiyanın birgə bəyanatlarla beynəlxalq təşkilatları qınamaları, dünya ictimaiyyəti tərəfindən də ölkədə sağlam siyasi təməlin olduğunu göstərən faktor kimi dəyərləndirilir. Bu nailiyyətləri bir ildə bacaran Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin inanıram ki, daha prespektivli uğurları hələ qarşıdadır». Müxalif partiyaların təkliflərinə münasibət bildirən Əsli Kazımova qeyd edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi hər zaman müxalif partiyalarının təkliflərini müsbət qarşılayır, partiyaların beynəlxalq sahə və media sahəsindəki aktivliyinə biganə qalmır: «Bu kimi tendensiyaları həyata keçirən şöbəni fəaliyyətə başladığı bu uğurlu bir il münasibəti ilə təbrik edirəm. Prezidentimizlə qürur duymamaq mümkün deyil. Bütün bu uğurlar möhtərəm prezidentimiz cənab İlham Əliyevin uzaqgörənliyinin bəhrəsidir. Azərbycanın ərazi bütövlüyünü təmin etmədən öncə ölkədə daxili siyasi təməli möhkəmləndirən, ölkənin media, diaspora, siyasi partiyaların həmrəyliyini bir qala kimi dəf edilməz edən strategiyanın müəllifi dahi Azərbaycan sərkərdəsi İlham Əliyevdir!»

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ