SON DƏQİQƏ
» » Koronavirus fəlakətindən qurtulmaq fədakarlıq tələb edir

Koronavirus fəlakətindən qurtulmaq fədakarlıq tələb edir

Tarix:

18-04-2020, 08:43

/ 3 398 dəfə oxundu.
Koronavirus fəlakətindən qurtulmaq fədakarlıq tələb edir

Azərbaycan Uşaq Fondunun idarə heyyətinin sədri Aqil Məhərrəmovun koronavirusla və digər məsələlərlə bağlı müsahibəsi təqdim edirik:
- Aqil müəllim, qlobal pandemiya elan olunmuş koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Bəşəriyyət qlobal pendemiya, koronavirus infeksiyası ilə üz-üzə dayanıb. Bu görünməmiş fəlakətdən qurtulmaq fədakarlıq tələb edir. Bunun həlli isə dövlətin yeganə mənbəyi olan xalqın onun Liderinin ətrafında sıx birləşməsindən asılıdır. Sevindirici haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində dövlət və cəmiyyət monolit bir birliyə sahib olmuşdur. Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə bir çox ölkələr üçün örnəkdir. Bir Azərbaycan vətəndaşı olaraq, yaşından və vəzifəsindən asılı olmayaraq xalqıma müraciət edirəm. Elan olunmuş "Özünütəcrid” və "Evdə qal” kampaniyaları böyük bir fəlakətin qarşısını almaqdan xəbər verir. Özümüzü təcrid edək ki, bu ağır fəlakəti ucuz adladaq. Millətimizin gələcəyi hər birimizin əlindədir. Bir olaq ki, Azərbaycan daha da möhkəmlənsin, daha da böyüsün!
- Ölkə Prezidenti cənab İlham Əliyevin iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyini, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı tarixi çıxışı özünün güclü dövlətçilik təcrübəsi, siyasi əqidə bütövlüyü, siyasi məsuliyyəti, siyasətinin fəlsəfi əsasları ilə Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və demokratik dövlətimizdə insanların hüquq və azadlıqları, iqtisadi firavan həyatın bərqərar olduğu, milli, dini, irqi və etnik ayrı-seçkiliyin olmadığı, insanların təkamülü və əqidəsinə görə təqib edilmədiyi müasir sivilizasiyalı cəmiyyətin və vahid Azərbaycan dövlətinin uğurla inkişaf etdiyini bütün dünyaya bir daha elan etdi. Öz çıxışında dövlət başçımız qeyd etdi ki, ölkədə yeni siyasi dövrün başlanması iqtidar-müxalifət dialoqunun daha mütərəqqi, daha demokratik müstəvidə hərəkət etməsinə bir vəsilədir.
Dövlət başçısının irəli sürdüyü partiyalararası geniş dialoqun aparılmasının vacibliyi ilə bağlı tövsiyəsi, artıq Prezident Administrasiyasında partiya rəhbərləri ilə müzakirələrin keçirilməsi, müxtəlif partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunması ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsinə xidmət edir.
Ölkə başçısı xüsusi vurğulamışdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olmalıdır, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır.
Bu günlərdə Ədliyyə Nazirliyində Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilmiş və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.
Bununla bağlı, aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilmiş və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə etmiş və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.
Prezident Administrasiyasında yeni yaradılmış "Siyasi partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr" şöbəsinin yaradıldığı ilk gündən Ölkə prezidentinin apardığı siyasi xəttə uyğun olaraq siyasi partiya rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi, onların fəaliyyətində olan müəyyən çətinliklərin aradan qaldırılması, verilən təkliflərin diqqətlə öyrənilməsi, əsasəndə azərbaycançılıq fəlsəfəsinin ön plana çəkilməsi daha mütərəqqi siyasətin təzahürüdür. Qanunvericilik və demokratik institutların inkişaf etdirilməsində xüsusi fəallıq hiss olunur.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət strukturlarında apardığı islahatlar haqda nə deyə bilərsiniz?
Bu gün cənab Prezidentin dövlət strukturlarında apardığı islahatlar, kadrların cavanlaşdırma siyasəti, yeni savadlı kadrlarınişlə təminedilməsıdeməyəəsas verir ki, Azərbaycanda hər sahədə inkişafln olması-gələcəyimiz, gələcək dövlətimizinetibarlı əllərdəolması deməkdir.
Hesab edirəm ki, islahatların istiqamətinin və hədəflərinin düzgün müəyyənləşdirilməsi, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirərək əhalinin rifahını yaxşılaşdıracaq və aparılan islahatlar öz bəhrəsini verəcək.
İlqar QURBAN

 

 

 

 

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər