SON DƏQİQƏ
» » Əsli Kazımova: "Biz iki virusa qarşı CİDDİ MÜBARİZƏ APARİRİQ"

Əsli Kazımova: "Biz iki virusa qarşı CİDDİ MÜBARİZƏ APARİRİQ"

Tarix:

4-02-2021, 08:33

/ 4 503 dəfə oxundu.
Əsli Kazımova: "Biz iki virusa qarşı CİDDİ MÜBARİZƏ APARİRİQ"

Əsli Kazımova: "Bu günə kimi bununla bağlı heç bir dövlət lideri fikir bəyan etməmişdi…”
"Cənab Prezident kasıb ölkələrin peyvəndlə təmin olunması və peyvəndlərin şəffaf şəkildə ölkələr arasında bölüşdürülməsi məsələsinə diqqət çəkməklə olduqca qlobal bir problemə toxunmuş oldu”. 
Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, bu gün ilk növbədə qeyd etmək gərəkdir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın pandemiya ilə mübarizə tədbirlərini və aldığı qərarları müsbət hesab etməsi, ölkəmizin bu həssas dönəmdə mütəşəkkil tədbirlər proqramına sahib olmasından xəbər verir: 
"Baxmayaraq ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycan sadəcə Covid-19 virusu ilə deyil, eyni zamanda "erməni” virusu ilə də mübarizə aparmaq məcburiyyətində qalmışdı. Amma görünən odur ki, Azərbaycan hər iki virusu dəff etməyə qadir olduğunu göstərməyə müvəffəq olmuşdur. Cənab Prezidentin də qeyd etdiyi kimi, sevindirici haldır ki, "Qallap” rəy sorğu şirkətinin apardığı təhlil-rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 86 faizi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir. Bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Digər tərəfdən, həm beynəlxalq təşkilatlar, həm də ölkə əhalisi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirməsi hesab edirəm, dövlətimiz adına böyük uğurdur. Qeyd etmək gərəkdir ki, bir çox inkişaf etmiş dövlətlərdə, xüsusən Avropa dövlətlərində pandemiya ilə mübarizə tədbirləri baxımından böyük problemlər, etirazlar, mitinqlər müşahidə edilsə də, Azərbaycanda yürüdülən mütəşəkkil dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır, deyə bilirik. Bu gün Cənubi Qafqazda Azərbaycan vaksinasiyaya start verən yeganə ölkədir. Siz müşahidə edirsiniz, bu gün peyvəndlərin əldə edilməsi məsələsi, qlobal bir problemə çevrilib. Azərbaycan bu baxımdan da, gərəkli addımları zamanında atan ölkələrdən heç də geri qalmadı”.
ASRP sədri eyni zamanda Cənab Prezidentin Qoşulmama Hərəkatının digər üzvlərinə mövcud ədalətsizliklə bağlı məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmaq çağırışı ilə bağlı da fikir bildirib: "Bildiyimiz kimi Qoşulmama Hərəkatının 2019-2022-ci illər üzrə sədrliyin quruma üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycana həvalə edilməsi qəbul edilmişdi. Bu nöqteyi nəzərdən, Cənab Prezident İlham Əliyevin kasıb ölkələrin də, peyvəndlə təmin olunması məsələsinə toxunması, birmənalı olaraq, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması Azərbaycanın beynəlxalq arenadaki səyi kimi dəyərləndirmək olar. Azərbaycan bir çox dövlətlərdən fərqli olaraq, boş-boş sözlər ifadə etmir. Azərbaycanın bu yöndə çox sayda fəaliyyətlərini saymaq olar. Hələ 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirməkdədir. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib".
Əsli Kazımova qeyd etdi ki, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev kasıb dövlətlərin peyvəndlə təmin olunması məsələsində, də əslində ikili standartlara toxundu. Bu günə kimi bununla bağlı gəlin etiraf edək ki, heç bir dövlət lideri fikir bəyan etməmişdi. Azərbaycan Prezidenti bununla dünya ictimaiyyətinə nəinki regionda, ümumiyyətlə dünya miqyasında ikili standarlara qarşı mübarizə apardığını, Covid-19 la şəffaf və ədalətli mübarizə təbrilərinin tərəfdarı olduğunu nümayiş etmiş oldu.
Bilman İSAQскачать dle 12.1

Şərhlər