SON DƏQİQƏ
» » Bəzi beynəlxalq təşkilatlar “siyasi sevdalarından” vaz keçməlidir

Bəzi beynəlxalq təşkilatlar “siyasi sevdalarından” vaz keçməlidir

Tarix:

26-11-2020, 12:34

/ 6 315 dəfə oxundu.
Bəzi beynəlxalq təşkilatlar “siyasi sevdalarından” vaz keçməlidir

Əsli Kazımova: «Azərbaycan 30 ildir heç bir beynəlxalq təşkilatın nail ola bilmədiyi uğura cəmi 44 gündə nail oldu»

 

"27ildən sonra Ağdam və Kəlbəcərdə də Azərbaycanın üçrəngli bayrağının dalğalanması hər birimiz üçün əlamətdar gündür”. Bunu "Azad Azərbaycan"a açıqlamasındaAzərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Ağdam və Kəlbəcərin 27 ildən sonra azadlığa qovuşması nəinki hər bir qaçqın və məcburi köçkünümüzü, bütün xalqı sevindirir: "Azərbaycan Ordusu, başda Ali Baş Komandan olmaqla xalqımıza fəxarət, inam, güvən, sabitlik və təhlükəsiz həyat bəxş etdi. Bu tendensiyaların vəhdəti bu gün heç bir dövlətdə tam şəkildə təmin olunmayıb. Biri varsa, digəri mütləq yoxdur. Dünyanın ən güclü dövlətləri bu gün siyasi və iqtisadi baxımdan "iflic” olunmuş şəkildə mövcuddurlar. Hər dövlət bu gün dünyadakı geosiyasi çəkişmədə, siyasi təzyiqlər altında qətiyyətli və iradəli duruş nümayiş etdirə bilmir. Etdirsə belə, bu yükə uzun müddət tab gətirmir. Biz bunu görürük. Bu mövcud geosiyasi tendensiyaların yaratdığı reallıqlardır».

Ə.Kazımova bildirib ki, Azərbaycan bu gün işğal altında olan torpaqlarınıazad edir. Regionda sülh və barış içində yaşamaq naminə terrorla mübarizə nümunəsi göstərir: «Azərbaycan 30 ildir heç bir beynəlxalq təşkilatın nail ola bilmədiyi uğura cəmi 44 gün içində nail oldu. Dünənə qədər işğalçı Ermənistana dəstək olan qonşu dövlətlərin maraqlarını Azərbaycanda birləşdirməyə nail olduq. Ona görə də, kim nə deyirsə desin, Qarabağ razılaşması birmənalı olaraq Azərbaycana tam qalibiyyət qazandırdı. İqtisadi-siyasi baxımdan isə Azərbaycana ikiqat qələbə qazandırdı da, deyə bilərik. Əgər Azərbaycan 30 ildir işğal altında torpaqları olduğu üçün "siyasi iflic” vəziyyətində iqtisadi baxımdan sürətli inkişaf tempinə malik idisə, bu gün ərazi bütövlüyünü tam təmin etdikdən sonra, "siyasi iflic” vəziyyətindən tamamilə xilas olduğu üçün yaxın bir neçə ildə regionda aparıcı dövlətlərdən birinə çevriləcək”.

Partiya sədri Ali Baş Komandan İlham Əliyevlə ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Ağdamda məscidə ziyarətlərinə də münasibət bildirib: "Bu ziyarət hesab edirəm dünya ictimaiyyəti tərəfindəndiqqətlə izlənilməlidir. Vaxtı ilə erməni məkirli siyasəti nəticəsində həmin məsciddə donuz saxlandığı halda, cənab Prezident və xanım Mehriban Əliyeva oraya ayağıyalın girdi. Bu İslama olan ehtiramdır. Bu dinimizə göstərilən dəyərdir. Cənab Prezident bu ziyarətdə Qurani-Kərimi öpüb başının üstünə qoyduğu kimi üç rəngli bayrağımızı da öpüb başının üstünə qoydu. Bu o deməkdir ki, dövlətin bayrağı ölkə lideri üçün Qurani-Kərim qədər müqəddəs və dəyərlidir. Hesab edirəm bu addımı ilə Prezident dünya ictimaiyyətinə və İslamı hər hərəkəti ilə təhqir edən Ermənistana bir əxlaq dərsi vermiş oldu”.

Ə.Kazımova qeyd edib ki, Kəlbəcərin işğaldan azad olunması hər birimiz üçün tarixi uğurdur: "Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Sözlə ifadə etmək çox çətindir. Gözün aydın ey Xalqım! Torpaqlarımıza qayıdırıq! Gözün aydın ey dünya! Ədalət bərqərar olundu! Bu tarixlər Türk tarixinə şanlı qələbə tarixləri olaraq qeyd olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünü nəyin bahasına olursa olsun, bərpa etməyi qarşısına hədəf qoyan və bu hədəfə çatmaq üçün illərdir usanmadan çalışan dahi sərkərdəmiz İlham Əliyev var olsun! Azərbaycan Ordusunun gücünü, qüdrətini, iradəsini, qətiyyətli duruşunu, mərdliyini, şücaətini, həmrəyliyini bütün dünyaya nümayiş etdirmiş oldu. Azərbaycanlı olmağımızla fəxr etməmək mümkün deyil! Türk qanı daşımağımızla qürurlanmamaq mümkün deyil!»

Tarixi ədaləti bərpa etməklə Prezident İlham Əliyevin bir çox siyasi dairələrin məkirli siyasi ambisiyalarını darmadağın etməsindən danışan Partiya sədri əlavə edib ki, Azərbaycan Prezidenti qətiyyətli iradə, güclü ordu və mükəmməl diplomatik manevrlərlə hədəfə qısa müddətdə çatmağın mümkünlüyünü dünya ictimaiyyətinə sübut etdi: «Digər tərəfdən hesab edirəm erməni xalqı Azərbaycan Prezidentinə minnətdar olmalıdır. Çünki cənab Prezidentin səyləri nəticəsində və yürütdüyü şəffaf siyasi kurs sayəsində Ermənistan hakim dairəsinin korrupsioner rejimin əlində marianet ölkə olduğunu ifşa etdi. Hər kəs gördü ki, erməni xalqını qarət edən Paşinyan rejmi ölkənin müdafiə sistemi əvəzinə, Anna Akopyanın zinət əşyalarına xərcləyir. Hər kəs Ermənistanda olan "demokratiyanın” əslindəPaşinyan diktaturasından ibarət olduğunu da gördü. Bu gün beynəlxalq ictimaiyyət ikili standartlara xidmət etsə də, yenəErmənistandakı diktatura rejimini görməzdən gəlsə də, inanırıq ki, Prezident İlham Əliyev bu yöndə də tarixi ədaləti bərqərar etməyə müvəffəq olacaq. 30 ildir BMT-nin icrasını tələb edə bilmədiyi qətnamələri Azərbaycan Prezidenti 44 günə həll etdiyi kimi, vaxt gələcək ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar da bu "siyasi sevdadan” vaz keçmək məcburiyyətində qalacaqlar”.

Bilman İSAQ

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ