SON DƏQİQƏ
» » Əsli Kazımova: “Çox yaşa, Cənab Ali Baş komandan!”

Əsli Kazımova: “Çox yaşa, Cənab Ali Baş komandan!”

Tarix:

24-12-2020, 13:21

/ 6 847 dəfə oxundu.
Əsli Kazımova: “Çox yaşa, Cənab Ali Baş komandan!”

"Bu gün mövcud siyasi reallıqlar və geosiyasi  maraqların kəsişdiyi bir zamanda Azərbaycan tarixini qızıl hərflərlə yazan  Sərkərdə, Cənab Ali Baş Komandan, İlham Əliyevin doğum günüdür!”
Bunu Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova GunAz.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, 24 dekabr tarixi Azərbaycanda qurtuluş günü tarixi kimi qeyd edilməlidir: "24 dekabr Azərbaycanda qurtuluş günü tarixi kimi qeyd edilməlidir. Çünki 24 dekabrda Azərbaycan torpaqlarını işğaldan azad edən,  Azərbaycan xalqınn qürurunu onlara geri qaytaran, qətiyyəti, səbri, uzaqgörənliyi və iradəsi ilə bütün dünyaya Azərbaycan mərdliyini sözün əsil mənasında nümayiş etdirməyə müvəffəq olan bir liderin doğum günüdür.
Sadəcə bunlar 24 dekabr tarixini Azərbaycanın qurtuluş tarixi kimi qeyd  edilməsinə dəyər. 
Cənab Prezident hər bir müsahibəsində təmkinli, diplomatik və tutarlı cavabları ilə bütün dünya ictimaiyyətinin Azərbaycan və Azərbaycanlılar haqqında olan fikirlərini dəyişməyə müvəffəq olan bir şəxsiyyətdir. 44 gündə Cənab Prezidentin özünün də iştirakı ilə Azərbaycanın bütün sahələrində düşmənə qarşı qurulmuş cəbhədən layiqli cavablar verildi. Bu 44 günlük müharibə ilə İlham Əliyev Azərbaycanı böyük və regionda söz sahibi olan dövlətlər arasında söz haqqı olan, hər kəsin hesablaşmağa mıcbur olduğunu bir dövlət kimi tanıtdı və bunu  möhürləməyi bacardı. Yeri gəldi Rusiyaya, yeri gəldi İrana qarşı, Yeri gəldi Fransaya meydan oxudu. Azərbaycanın forpost  dövlət olmadığını, sözün əsil mənasında azadlığını və suverenliyini sübut edərək, BMT-nin 30 ildə icrasına nail ola bilmədiyi 4 qətnaməni icra etdirməyə nail oldu.
Cənab Prezident zamanında Ramil Səfərovu Azərbaycana qaytardı. Bu gün Dilqəm və Şahbazı geri qaytardı, torpaqlarımızı qarış qarış geri aldı. Bu onu göstərir ki,  Azərbaycan Prezidentini  hər bir xalqın nümayəndəsinin taleyi narahat edir. Bu gün Cənab Prezident  ölkədə qaçqın və məcburi köçkün anlayışını belə tarixə ötürdü. Real həyatda artıq ” qaçqın və məcburi köçgün”  kateqoriyasına daxil soydaşımız yoxdur. Çünki hər bir Azərbaycanlımız öz torpağında yaşama hüququna malikdir. Bu hüququ isə bizlərə Cənab, Ali baş komandan İlham Əliyev verdi. Çox yaşayın Cənab Prezident! "Biz fəxr edirik ki, Azərbaycanlıyıq” – bu gün həqiqətən bu ifadəni başımız dik səsləndirə bilirik. Bunlar sizin sayənizdədir. 24 dekabr Azərbaycanın qurtuluş tarixini yazan Sərkərdəmizə eşq olsun! Doğum gününüz mübarək Cənab, Ali baş komandan!”
Ilqar QURBAN

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ