SON DƏQİQƏ
» » Müasir dünyanın reallığı: haqq, ədalət haqlının yox, güclünün tərəfindədir

Müasir dünyanın reallığı: haqq, ədalət haqlının yox, güclünün tərəfindədir

Tarix:

22-12-2020, 08:29

/ 4 429 dəfə oxundu.
Müasir dünyanın reallığı: haqq, ədalət haqlının yox, güclünün tərəfindədir


Partiya sədri: «Müasir dünyada ədalət yalnız güc yolu ilə zəfər çala, bərqərar ola bilər»

 

«Dünya yaranandan demək olar ki, həmişə, haqq, ədalət haqlı olanın yox, güclü olanın tərəfində olub, təəssüf ki, bu gün də belədir. Bu ədalətsizliyin nəticəsində, həmişə, uduzan tərəf haqlı olanlardır. Güclü olanlar özlərinin müəyyən məqsədlərinə çatmaq üçün, mövqelərindən, güclərindən istifadə edərək, haqlı, ancaq müəyyən səbəblərdən zəif olanlara "layiq olduqlarını" deyil, "münasib bildiklərini" verirlər». Bu fikirləri "Azad Azərbaycan"a bildirən Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu əlavə edib ki, belə vəziyyətdə seçim qarşısında qalan "zəiflər" reallıqdan çıxış edərək, ya "rəva görülənlə" razılaşırlar, ya da, güc toplayana qədər, ondan imtina edirlər.

T.Qənioğlunun sözlərinə görə, yaxın tariximizdə Azərbaycan da belə bir seçim qarşısında qalmışdı: «Ötən əsrin 90-cı illərində ölkəmizdə baş alıb gedən özbaşınalıq, hakimiyyətsizlik, qarşıdurmalar nəticəsində Azərbaycan siyasi-iqtisadi cəhətdən xeyli zəifləmişdi, müstəqilliyini, süverenliyini, ərazi bütövlüyünü müdafiə etmək üçün mütəşəkkil, güclü orduya, mənafeyini qoruya biləcək dost dövlətlərə malik deyildi. Baxmayaraq ki, o zaman da Türkiyə, Pakistan Azərbaycana müəyyən siyasi və hərbi dəstək verirdi, ancaq bunlar yetərli deyildi. Nəticədə qatı antitürk, antimüsəlman, qatı xristian mövqelərdən çıxış edən xarici himayədarlarının güclü hərbi-iqtisadi eləcə də, siyasi dəstəyinə arxalanan satqın, qaniçən, faşist təbiətli, bütün insani hisslərdən məhrum olan bir ovuc erməni quzğunu torpaqlarımızın 20 faizini işğal etməyə, milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə salmağa nail oldular».

Partiya sədri bildirib ki, özünün güclü mövqeyindən çıxış edən, demokratiyanın, insan haqlarının qoruyucusu kimi özünü dünyaya sırımağa çalışan ABŞ təcavüzkar Ermənistanı qınamaq, ona sanksiyalar tətbiq etmək əvəzinə, 1992-ci ildə, qanunverici orqanı vasitəsilə təcavüzə məruz qalan Azərbaycana sanksiyaların tətbiqini nəzərdə tutan 907-ci düzəlişi qəbul etmişdir: «Azərbaycanın haqlı mövqeyini müdafiə edən beynəlxalq ictimaiyyətin təzyiqi nəticəsində BMT, 1993-cü ildə, Azərbaycanın işqal olunmuş ərazilərindən təcavüzkar erməni qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair ardıcıl 4 qətmanə qəbul etsə də, onlar yenə də, ermənilərin güclü havadarlarının dəstəyi nəticəsində 30 ilə yaxın müddətdə yerinə yetirilmədi. Bütün bu müddət ərzində dünyada haqqın, ədalətin, hüququn deyil, gücün əsas rol oynadığını nəzərə alan Azərbaycan səbrlə, ancaq dönməz, ardıcıl şəkildə siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə güclü, əsaslı islahatlara start Verdi. Ölkə daxilində milli birliyə, vətəndaş həmrəylinə nail olunması, iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə yoluna qədəm qoyulması istiqamətində real addımlar atdı. Və bu istiqamətlərdə atılan ardıcıl addımların nəticəsində Azərbaycan iqtisadi, hərbi, siyasi cəhətdən güclü dövlətə çevrildi. Məhz bu amillər güclü, eyni zamanda haqlı olan, Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşən Azərbaycana 44 gün ərzində təcavüzkar Ermənistanı acı məğlubiyyətə uğratmağa, suverenliyimizi də yure bərpa etməyə imkan verdi. Baş verənlər bir daha göstərdi ki, müasir dünyada ədalət yalnız güc yolu ilə zəfər çala, bərqərar ola bilər».

T.Qənioğlu təəssüflə qeyd edib ki, biz hələlik süverenliyimizi de-fakto tam təmin edə bilməmişik: «Biz Azərbaycan olaraq daha da güclənməliyik. Tükiyə, Pakistan və digər dost dövlətlərlə hərbi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalıyıq. Ən başlıcası, ölkə daxildə əldə edilmiş milli, siyasi birliyi qoruyub saxlamalı, ona mane ola biləcək halları, baş verə biləcək narazılıqları vaxtında dəf etməliyik. Qoy düşmənlərimiz unutmasınlar: biz Azərbaycan olaraq öz mübarizəmizdə haqlıyıq, ədalətliyik, ədalətin bərqərar olması üçün yetərincə gücə malikik və buna nail olacağıq! Buna heç kəsin şübhəsi olmasın».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ