SON DƏQİQƏ
» » Torpaqlarımızın bütövləşməsi günü uzaqda deyil!

Torpaqlarımızın bütövləşməsi günü uzaqda deyil!

Tarix:

29-10-2020, 08:41

/ 4 498 dəfə oxundu.
Torpaqlarımızın bütövləşməsi günü uzaqda deyil!


 

Teyyub Qənioğlu: «Heç bir xarici kömək erməniləri labüd məğlubiyyətdən qurtara bilməyəcək»

 

"Azad Azərbaycan” qəzetinin müsahibi Təkamül Partiyasının sədri Teyyub Qənioğludur.

- Natamamlığımız artıq tamamlanır. Yəni torpaqlarımız işğaldan azad olunur…

- Ötən əsrin 90-cı illərində keçmiş SSRİ rəhbərliyinin birbaşa himayəsi sayəsində, eləcə də, Azərbaycanda yaranmış qarışıqlıqdan istifadə edərək ermənilər özlərinin XX əsrin əvvəlindən bəri davam edən məkrli niyyətlərinə çatmaq üçün "münbit şərait"in yarandığını hiss edərək Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək xəyalına düşdülər. Ö zamankı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, proseslərə düzgün qiymət verə bilməmələri, xalqı təcavüzkarlara qarşı mübarizədə birləşdirmək əvəzinə onların əlində olan ov tüfənglərini də yığışdıraraq silahsız qoymaları azmış kimi, hakimiyyət uğrunda daxili mübarizə də, "ermənilərin əlinə oynadı". Nəticədə xarici himayədarlarının hərtərəfli yardımı ilə təpədən-dırnağa kimi silahlanmış quduz, insan qanına susayan erməni faşistləri minlərlə silahsız insanlarımızın həyatına, uşaq, qadın, yaşlı olmasına fərq qoymadan son qoydu. Milyona yaxın insanlarımızı doğma torpaqlarından didərgin salaraq ərazimizin 20 faizini işğal etdilər və yenə də, xarici himayədarlarının hərtərəfli hərbi-siyasi-iqtisadi dəstəyinə arxalanaraq torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlamağa nail oldular. Bu müddət ərzində nəinki doğma torpaqlarından didərgin salınmış həmvətənlərimizin, eləcə də, bütövlükdə Azərbaycan xalqının hansı hisslər keçirdiyini təsəvvür etmək belə çətindir. Ancaq indi şərait kökündən dəyişməkdədir! Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun cəbhədə qazandığı ardıcıl qələbələr, torpaqlarımızın qarış-qarış mənfur düşməndən azad edilməsi, xalqımızın qürur hissini nəinki özünə qaytarıb, hətta misilsiz dərəcədə yüksəldib! Proseslərin gedişi göstərir ki, torpaqlarımızın bütövləşməsi günü uzaqda deyil!

- Vətən müharibəsi dövründəiqtidar-müxalifət birliyimilli birliyimizə, həmrəy olmağımıza təkan Verdi. Bu birliyin davamını necə görürsünüz?

-Qeyd etdiyim kimi, torpaqlarımızın işğal edilməsində ötən əsrin 90-cı illərində hakimiyyət uğrunda Azərbaycanda gedən daxili mübarizə, iqtidar-müxalifət qarşıdurması da öz mənfi rolunu oynayıb.Ancaq Azərbaycanda çox şey dəyişib. Son illər iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə müstəvisinə keçirilməsi istiqamətində iqtidar tərəfindən həyata keçirilən tədbirlər, ölkəmizdə bumünasibətlərin istiləşməsinə imkan və zəmin yaratmışdır. Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları həmişə açıq şəkildə bəyan etmişlər ki, söhbət ümummilli məsələlərdən, xalqımızın, dövlətimizin ümumi mənafelərinin qorunmasından gedirsə, iqtidar-müxalifət münasibətləri arxa plana keçməli, hamı bu mənafelər uğrunda sıx birləşməlidir. Bu mövqeyinə sadiq qalaraq, ölkəmizdə faliyyət göstərən iqtidarlı-müxalifətli 50 siyasi partiya Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribatı pisləyən birgə bəyanat qəbul etmiş və bir daha Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarını bildirmişlər.

- Dünyadövlətləri bizə «xammal mənbəyi» kimi baxırdı, amma Azərbaycanın hərbi gücü,bu yanaşmanı qırdı…

- Müasir Azərbaycan regionun ən güclü iqtisadiyyatına malikdir, dünyanın inkişaf etmiş qabaqcıl ölkələri sırasına qoşulmaqdadır. Vətən müharibəsinin gedişi göstərir ki, Azərbaycan həm də güclü silahlı qüvvələrə malikdir. Haqqın deyil, gücün önəmli rol oynadığı müasir dünyada bunun əhəmiyyətli rolu vardır. Bu gün Azərbaycan nəinki regionda, eləcə də, dünyada söz sahibinə çevrilməkdədir. Bu reallıqdır və bədxahlarımız bununla razılaşmaq zorundadır.

- Vətən müharibəsi Dövlət-Xalq birliyinin dayanıqlı olmasını gücləndirdi,gələcəkdə də indiki kimi əgər "Dövlət-Xalq birliyi güclü olarsa basılmaz Vətən” şüarımıza münasibətiniz.

- Bu gün Azərbaycan ordusunun müzəffər yürüşünü təmin edən amillərdən biri və birincisi onun dövlət-xalq birliyinə arxalanmasında, arxasında bu yenilməz birliyi hiss etməsindədir. Öz xalqına arxalanan, ona güvənən dövlət güclüdür, arxasında güclü dövlət olduğunu hiss edən xalq yenilməzdir!Bu birliyin qorunması hər birimizdən asılıdır. İnanırıq ki, bu birlik daimi olacaq və getdikcə möhkəmlənəcəkdir.

- Biz yeni epoxada yaşayırıq, "vətəni vətən edən şəhidlərimizdi”, bu şəhidlərimizin ruhu qarşısında belə xalq məğlub olmağa qadirdimi?

- "Torpaq uğrunda ölən varsa vətəndir" deyib ulu şairimiz Cavid! Vətəni vətən edən onun uğrunda canından keçən şəhidlərdir! Allah şəhidlərimizə rəhmət eləsin! İnanırıq ki, igid əsgərlərimiz vətən uğrunda canından keçən şəhidlərimizin qanını yerdə qoymayacaq, yırtıcı, qaniçən erməni faşistlərini Ali Baş Komandanın dediyi kimi, torpaqlarımızdan "iti qovan kimi qovacaqlar". Qələbə bizmdir, bizim olacaq!

- Rəsmi İrəvan məğlubiyyətin astanasındadır, bu məğlubiyyətin əvəzini dinc əhalidən çıxır, bildiyimiz kimi yaşayış məntəqələrimizi ağır arteriyalardan atəşə tutması səbəbindən insan itgilərimiz və çoxlu dağıntılarımız var.

- Erməni dövləti terror dövlətidir , «asala» terror təşkilatı1975-ci ildə Livanda Sovet ermənistanının bazasındayaradılıb.Avropa, Yaxın Şərq, Livan, Türkiyə, ABŞ, Fransa, Yunanıstan, İsveçrə, İspaniya, Avstriya, Böyük Britaniya, İtaliya, İran, Macarıstan kimi ölkələrdə əməliyyatlar keçirərək terrorlar törədib. "Daşnaksütyun” və digər erməni partiyaları ASALA-nın təsiri ilə yeni terror qruplaşmaları yaratdılar.

Həmişə olduğu kimi yenə də xalqımızı terrorla qorxudaraq yaşayış yerlərini tərk etmələrinə çalışırlar,amma mətin xalqımız heç nədən qorxmayaraq düşmənin qabağından qaçmır. Belə bir xalq alqışlanmalıdır.

Erməni faşistləri öz məkrli niyyətlərinə nail olmaq üçün daim öz qüvvələrinə yox, xarici türk-müsəlman düşmənlərinə arxalanıblar və əldə etdiklərinə də, yalnız onların vasitəsilə nail olublar. Bu gün də belədir. Hərb meydanında uduzmalarına baxmayaraq hələ də ümid edirlər ki, ənənəvi xarici himayədarları yenə də, onları labüd məğlubiyyətdən qurtaracaq. Ona görə də, hələ təslim olmaq istəmirlər. Ancaq yanılırlar, unudurlar ki, indi 90-cı illər, Azərbaycan da, o Azərbaycan deyil. Heç bir xarici kömək erməniləri labüd məğlubiyyətdən qurtara bilməyəcək. Çox yaxın gələcəkdə onlar layiqli cavablarını alacaq və tam və qəti qələbə bizim olacaqdır!

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ