SON DƏQİQƏ
» » Ermənistan islaholunmazdövlət olduğunu yenə nümayiş etdirir

Ermənistan islaholunmazdövlət olduğunu yenə nümayiş etdirir

Tarix:

5-11-2020, 15:28

/ 5 246 dəfə oxundu.
Ermənistan islaholunmazdövlət olduğunu yenə nümayiş etdirir


 

Partiya sədri: «İnsan haqlarının qorunmasını özlərinin əsas vəzifəsi elan edənlərin əksəriyyəti öz fəaliyyətlərində beynəlxalq hüquqları deyil, xristian həmrəyliyini əsas götürür»

 

«Tarix boyudaim türk düşmənlərinin hərtərəfli yardımına arxalanaraq öz məkrli niyyətlərini həyata keçirməyə can atan, müəyyən tarixi dönəmlərdə buna qismən nail olan, bütün insani hisslərin yad olduğu, qaniçən, təcavüzkar, faşist təbiətli ermənilər yenə də öz miskin, məkrlixasiyyətlərindən əl çəkməyə meyilli görünmürlər».

Bu fikirləri "Azad Azərbaycan”a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib. Oqeyd edib ki, siyasi, diplomatik, informasiya, xüsusilə də hərb meydanında uduzan, tam iflasa uğrayacağı qaçılmaz olan erməni faşistləri qarşılaşdıqları qaçılmaz məğlubiyyətdən yaxa qurtarmaq üçün yenə də öz "ənənəvi istəklərinin" gerçəkləşəcəyinə ümid edirlər. Hər şeydən göründüyü kimi və təəssüf ki,bu, təkcə onların istəkləri ilə deyil, daha çox, regionumuzda öz məqsədlərinə nail olmaq üçün ermənilərdən araqarışdıran maşa kimi istifadə edənlərin istəkləri ilə bağlıdır: «XIX əsrin əvvəllərində müsəlman türklərə qarşı mübarizədə bir plasdarm kimi istifadə etmək məqsədi ilə, süni şəkildə əzəli və əbədi Azərbaycan torpaqlarında əvvəl erməni vilayəti, sonralar qondarma erməni "dövləti" yaradanlar bu insana bənzərlərə daim siyasi, diplomatik, hərbi yardımlarla yanaşı "hüquqi", informasiya dəstəyi də göstərmiş və bu gün də bu istiqamətlərdə "fəaliyyətlərini" davam etdirməkdədirlər».

Partiya sədri Ermənistanın havadarlarının dəstəyinə arxalanmasından danışaraq bildirib ki, məhz xarici havadarlarının hərtərəfli dəstəyinə arxalanan Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə, ATƏT-in prinsiplərinə zidd olaraq keçən əsrin 90-cı illərində Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal etmiş, nəticədə bir milyondan artıq vətəndaşımız doğma torpaqlarından qovulmuş, 20 mindən artıq insan qətlə yetirilmiş, minlərlə insanımız əlil olmuşdur: «Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrini icra etməkdən imtina edən Ermənistan 30 il ərzində, nəinki öz işğalçılıq siyasətindən əl çəkməmiş, hətta yeni ərazilərin işğal edilməsi məqsədi ilə 27 sentyabr 2020-ci ildə bütün cəbhə böyu hücuma keçmişdir. Beynəlxalq hüquq normalarına və BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan təcavüzkara layiqli cavab vermək məcburiyyətində qalmış və əks həmlələrlə torpaqlarının xeyli hissəsini azad etməyə müvəffəq olmuşdur. Ancaq cəbhədə düçar olduğu məğlubiyyətlə barışmayan təcavüzkar Ermənistan bunun əvəzini Azərbaycanın cəbhə bölgələrindən uzaqda olan Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax yaşayış məntəqələrini mütəmadi olaraq raketlərlə atəşə tutmaqla, mülki əhaliyə qarşı müharibə cinayətləri törətməklə çıxmağa çalışır».

T.Qənioğlu qeyd edib ki, Ermənistan ərazisindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən dinc əhalisinin ballistik raketlərlə atəşə tutulması nəticəsində uşaq, qadın, yaşlı olmaqla 100 nəfərə yaxın insanımız həlak olmuş, 400 yüzdən çoxu yaralanmış, yüzlərlə çoxmənzilli binalar və müxtəlif təyinatlı obyektlər dağıdılmışdır: «Ermənistan islaholunmaz, terrorçudövlət olduğunu növbəti dəfə nümayiş etdirir. Ancaq Ermənistanın bu təcavüzkar hərəkətləri hələ də, beynəlxalq təşkilatlar tərəfindən nəinki lazımınca qiymətləndirilmir, əksinə, susqunluq nümayiş etdirilir».

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ