SON DƏQİQƏ
» » Həmsədrlərin yadına yenidən"sülhpərvərlik" düşüb

Həmsədrlərin yadına yenidən"sülhpərvərlik" düşüb

Tarix:

27-10-2020, 10:02

/ 3 522 dəfə oxundu.
Həmsədrlərin yadına yenidən"sülhpərvərlik" düşüb

 

Partiya sədri: «Ərazilərimizin 30 ilə yaxın işğal altında saxlanmasına indiyə qədər göz yumanlar sanki indi qəflət yuxusundan ayılıblar»

 

«Oktyabrın 29-da Cenevrədə,ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı iləgözlənilən danışıqlarda "baza prinsipləri" yox, Ermənistanın təslimçilik sülhünə məcbur edilməsinin detalları müzakirə edilməlidir». Bu sözləri "Azad Azərbaycan”a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

O qeyd edib ki,Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərinin 30 ilə yaxın işğal altında saxlanılmasına indiyə qədər göz yumanlar sanki indi qəflət yuxusundan ayılıb: «İşğala məruz qalmış ərazilərdə yaşayan 700 mindən, Ermənistanda yaşayan 250 mindən çox yerli türk əhalisinin yurd-yuvasından ermənilər tərəfindən qovularaq etnik təmizləmə aparılmasına, 20 mindən çox vətəndaşımızın işgəncə verilərək öldürülməsinə, Xocalıda ermənilər tərəfindən törədilən soyqırıma göz yuman, ancaq Fransada Peyğəmbərimizi (s.ə.s.) təhqir edən bir xristianın öldürülməsini faciəyə çevirərək İslam dinini və müsəlmanları təhqir edən, işğala məruz qalmış ərazilərdə mövcud olan bütün tarixi və mədəni abidələrin, məscidlərimizin dağıdılaraq, təhqir edilərəközlərinə bənzər vəhşilərin məkanına çevrilməsinə seyirçi qalanlar sanki indi ayılıb. Şuşanın Qazançı kilsəsinin cüzi zədələnməsinə hiddətlənən, Gəncə və digər şəhərlərimizdə, uşaq, yaşlı, qadın olmaqla, yüzlərlə dinc insanların məhv edilməsinə göz yuman, yatan və susan, əslində bundan ləzzət alan (!), başda ATƏT-in bədnam Minsk qrupu olmaqla, Qərbin xristian "sülh təəssübkeşləri" Azərbaycan Ordusunun mənfur düşmən üzərində şanlı qələbələrini həzm edə bilmirlər".

T.Qənioğlu vurğulayıb ki,həmin qüvvələr yenə də, öz ənənəvi mövqelərinə uyğun olaraq faşist, bütün müsbət keyfiyyətlərdən məhrum, daim başqalarının əlində alət olan erməniləri himayə etməyə, onları labüd məğlubiyyətdən qurtarmağa can atırlar: «30 ilə yaxın baza prinsipləri əsasında "sülh danışıqları aparan", əslində bu müddət ərzində işğalı əbədiləşdirməyə çalışan ATƏT-in Minsk qrupu həmsədrlərinin yadına yenidən"sülhpərvərlik" düşüb!(?) Həmsədrlər "oktyabrın 29-da Cenevrədəgörüşərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün (?) lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gələcəklərini" bəyan ediblər. Bu həmsədrlər deyəsən 30 ildə olduğu kimi "yenə də yatıblar, dünyadan xəbərləri yoxdur"! Bunların "xəbəri yoxdur" ki, "baza prinsipləri"deyilən bir şey artıq mövcud deyil! Əvvəllər mövcud olmuş baza prinsiplərinin 3/4-nü Azərbaycan əsgəri artıq yerinə yetirib və qalanlarını da həyata keçirməkdədir! Ona görə də, oktyabrın 29-da Cenevrədə həmsədrlərin iştirakı iləgözlənilən danışıqlarda "baza prinsipləri" yox, Ermənistanın təslimçilik sülhünə məcbur edilməsinin detalları müzakirə edilməlidir».

 

NATİQ


скачать dle 12.1

Şərhlər