SON DƏQİQƏ
» » Azərbaycan və Ermənistan XİN rəhbərləri bu gün Nyu-Yorkda görüşəcəklər

Azərbaycan və Ermənistan XİN rəhbərləri bu gün Nyu-Yorkda görüşəcəklər

Tarix:

23-09-2019, 08:33

/ 2 825 dəfə oxundu.
Azərbaycan və Ermənistan XİN rəhbərləri bu gün Nyu-Yorkda görüşəcəklər

Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

"Report" xəbər verir ki, görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

скачать dle 12.1

Şərhlər