SON DƏQİQƏ
» » Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tarixi açıqlanıb

Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tarixi açıqlanıb

Tarix:

24-09-2018, 10:28

/ 10 310 dəfə oxundu.
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tarixi açıqlanıb

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında bu ilin sentyabrın 26-da Nyu-Yorkda görüş keçiriləcək.

Bu barədə GunAz.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ