Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində azı bir nəfər həlak olub, daha dörd nəfər yaralanıb.
GunAz.az Teleqrafa istinadən xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı xəbər yayıb.
Məlumata əsasən, yeraltı təkanlar nəticəsində General Santos şəhərində bir sıra binalar dağılıb.
"Çoxlu sayda bina zədələnib, lakin hazırda onların dəqiq sayını deyə bilmirəm. Hazırda xilasetmə işləri ilə məşğuluq", - yerli polis nümayəndəsinin sözlərini telekanal sitat gətirib.
Zəlzələdən sonra Filippin Prezidenti Ferdinand Markos Jr. Mindanao adasının bəzi bölgələrində tədris prosesinin dayandırılması barədə göstəriş verib.
Dövlət başçısı aidiyyəti qurumlara təbii fəlakətin nəticələrinin aradan qaldırılması, humanitar yardımın çatdırılması və təxliyə mərkəzlərinin fəaliyyətinin təmin olunması ilə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, 7,8 bal gücündə zəlzələ Mindanao adasının cənub sahillərində qeydə alınıb. Bundan sonra ölkədə sunami təhlükəsi elan edilib və bir sıra güclü afterşoklar müşahidə olunub.