SON DƏQİQƏ
» » Məmmədyarov Mnatsakanyanla görüşəcək – Vaxt açıqlandı

Məmmədyarov Mnatsakanyanla görüşəcək – Vaxt açıqlandı

Tarix:

3-12-2018, 11:44

/ 10 445 dəfə oxundu.
Məmmədyarov Mnatsakanyanla görüşəcək – Vaxt açıqlandı

ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci sessiyasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında dekabrın 5-də Milanda görüş keçiriləcək.

Bu barədə GunAz.az-a Xarici İşlər Naziliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ