SON DƏQİQƏ
» » 20 Yanvar küçəsindən acı xəbər: Dəm qazı can aldı

20 Yanvar küçəsindən acı xəbər: Dəm qazı can aldı

Tarix:

Bu gün, 12:24

/ 2 345 dəfə oxundu.
20 Yanvar küçəsindən acı xəbər: Dəm qazı can aldı

Dünən saat 16:40 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi ərazisindən dəm qazından zəhərlənmə səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Bu barədə GunAz.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə yerindən bir nəfər, 2005-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub: "Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir".
Qeyd olunub ki, hadisə yerində 2 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
скачать dle 12.1

Şərhlər