
“Real Madrid” yay transfer pəncərəsində heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.
GunAz.az xəbər verir ki, “Kral klubu” “Bavariya”nın və Fransa millisinin futbolçusu Maykl Oliseni transfer etməyi hədəfləyir.
İspaniya mətbuatının məlumatına görə, Madrid təmsilçisi Münhen klubuna 150 milyon avroluq rəsmi təklif göndərməyə hazırlaşır. “Real”ın təklifinin rədd ediləcəyi halda məbləği artırmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, Maykl Olisenin “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Fransalı futbolçu 2025/2026 mövsümündə 52 oyunda meydana çıxıb, 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.






























