
“Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold karyerasını İspaniyada davam etdirə bilər.
GunAz.az-ın xarici mətbuata istinadən məlumatına görə, “Real Madrid” klubu onun xidmətində maraqlıdır.
Bildirilib ki, futbolçu özü də Madrid təmsilçisinə keçməyə razıdır.
Qeyd edək ki, onun hazırki klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. Ötən mövsüm müdafiəçi klubun heyətində 37 oyunda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.