SON DƏQİQƏ
» » Əliyevin doktrinası: Azərbaycanlılar seçkidə nə uddular?

Əliyevin doktrinası: Azərbaycanlılar seçkidə nə uddular?

Tarix:

12-04-2018, 17:52

/ 10 427 dəfə oxundu.
Əliyevin doktrinası: Azərbaycanlılar seçkidə nə uddular?

Qeyri-standart qərarlar vermək, incə şəkildə manevr eləmək, dolaşıqlıq olan yerdə konkret olmaq bacarığı – İlham Əliyevi dünyanın siyasi elitasındakı həmkarlarından fərqləndirən keyfiyyətlər bunlardır.

Ciddi siyasət dünyası siyasi texnoloqların təklifləri ilə aşıb-daşır. Və söyləmək ki, onlara ehtiyac yoxdur, kökündən yanlış olardı. Fəqət, heç də hər yerdə və həmişə texnoloq əməyi dəyərdə deyil – xüsusən də məsələ ciddi, bacarıqlı adamlar tərəfindən həyata keçirilən siyasətə aid olanda...

Siyasətçilərin ən qəliz məsələlərlə bağlı kənar iştirak olmadan universal qərarlar qəbul eləməsinə dair çoxlu nümunələr var. Bununla da onlar ali siyasi dəb elminin hikmətlərindən heç də texnoloqlardan pis baş çıxartmadıqlarını göstəriblər. Ayrı sözlə, özünü təsdiqləmiş idarəçilər orijinal və rasional uğur formulları tapmaqla dəbi elə özləri yaradırlar. Azərbaycanın lideri İlham Əliyevin solosu bunun bariz təsdiqi sayıla bilər.

İlham Əliyev nəzəriyyənin və tətbiqi intizamın uğurlu sintezini həyata keçirməklə yüksək idarəçilik pilotajı nümayiş etdirir. O, şəksiz ki, bu zaman milli seçicinin etimadına əsaslanır. İlham Əliyevin uzun illər sabitliyə hesablanmış kursu saxlamağa imkan verən konsepsiyasının özəlliyi məhz bundan ibarətdir.

İndilikdə Azərbaycanın ən böyük uğuru, nailiyyəti sübhəsiz ki, sabitlikdir. Elə bir sabitlik ki, istehsalçı qüvvələrə qarşıda duran vəzifələri yerinə yetirmək imkanları yaradır. Ölkədə sakitliyi və ahəngi təmin edə bilməyən hakimiyyətin qara qəpiklik də dəyəri yoxdur. Heç də az yaşı olmayan bir çox dövlətlərin daxili həyatını mövcud dövrün yerindən oynadan və laxladan fırtınalı küləkləri bir daha sabitliyin hansı yüksək qiymətdə olduğunu göstərir.

Konfliktə cəlb olunan və işğal problemi yaşayan ölkə stabil sayıla bilməz deyə, bu yerdə opponentlər etiraz da edə bilərlər. Ancaq belə qənaəti - bitməyən erməni işğalını bugünkü Azərbaycanın həssaslığının və ya zəifliyinin səbəbi saymaq ədalətlidirmi?

Qətiyyən... 2016-cı ilin aprel əməliyyatları İlham Əliyevin əvvəlki prezidentlik dövründəki konsepsiyasının təməl daşı olmaqla bütün zamanlar üçün ölkənin tarixinə qətiyyətin, bacarığın və inadkarlığın rəmzi kimi yazılıb. Təsadüfi deyil ki, Ermənistanın siyasi texnoloqları aprel döyüşləri haqda cəmiyyətə yalan sırımaqla arzu olunanı gerçək kimi təqdim eləməyə çalışırlar. Lakin necə deyərlər, belə səs-küy təbliğati heç lax yumurtaya da dəymir.

Azərbaycan Ordusunun döyüşkənliyi və bunun məntiqi davamı olaraq Cocuq Mərcanlı kəndinin dirçəlişi göstərdi ki, Azərbaycan regionda vəziyyətin sahibidir və qeyri-adekvat qonşumuzun cilovlanması kontekstində onun həqiqi məramı nələrdən ibarətdir. Avrasiyanın “Günəş kələfi”ndə yerləşən, fövqəldövlətlərin güclü diqqətində olan ölkə müstəqil şəkildə balanslı hərəkət vektoru qura bilir. Ona görə də Azərbaycan nəhənglərin davasında “nifaq alması” deyil. O, xarici təsir üçün zəif yer saxlamayıb və iri dövlətlərin oyunundan kənarda durmaq bacarığını sübut edib. Beynəlxalq hüququn subyektlərinin geosiyasi çəkisi də geosiyasi parametrlərlə, demoqrafiya göstəriciləri və ya başqa keyfiyyətlərlə ölçülmür, milli elitaların qlobal şəbəkədə öz təyinatını tapmaq qabiliyyəti ilə müəyyən edilir.Əliyevin doktrinası: Azərbaycanlılar seçkidə nə uddular?

İlham Əliyevin dəst-xətti asanca tanınır. Bu dəst-xətt hər şeydən öncə həmvətənlərdə belə bir inam yaradır ki, ölkə düşünüb-daşınmış, proqramlaşdırılmış trayektoriya üzrə hərəkət edir və hər növbəti hərəkət ən xırda detallara kimi işlənilib.

Sirr deyil ki, böyük siyasət reytinq yaradıcılığı kimi bir sferanın vurğunu olur. Ancaq onunla heç də hamı dostluq eləmir. Söhbət kreativ siyasətçilərdən gedirsə, onlardan ötrü hərəkətlər zəncirində ən başlıca və ayrılmaz həlqə rasionallıqdır. Əgər bu həlqə real olaraq duyulursa, demək, uğurdan və ümidverici motivlərdən danışmağın məntiqi var.

Uğurlu siyasətçilər həmişə nəticəyə hədəflənirlər. Onlar üçün nə manupulyativ praktika, nə də ictimai şüurla jonqlyorluq rol oynamır, real axtarışın xeyrinə biganəlikdən qurtuluş önəm kəsb edir. Hər şey mühümlük, ictimai sifarişə nail olmaq anlayışı ilə edilir, onlar adamların təqdirinə səbəb olur və insanları hakimiyyətə inanmağa vadar edir.

Qeyri-standart qərarlar vermək, incə şəkildə manevr eləmək, dolaşıqlıq olan yerdə konkret olmaq bacarığı – İlham Əliyevi dünyanın siyasi elitasındakı həmkarlarından fərqləndirən keyfiyyətlər bunlardır. Bir çoxlarına daim öz imicini yaxşılaşdımaq haqda düşünmək, həmin o siyasi texnoloqlardan dəstək ummaq, başqalarını təqlid eləmək xüsusiyyəti xasdır. Ancaq natamamlıq kompleksindən qurtulmağın effektli bir resepti mövcuddur və o Azərbaycan liderində var. Onun mahiyyətində şəxsi dünyagörüşü və təsəvvürlər üzərində qurulmuş özəl imicə sahiblənmək hədəfi dayanır.

Seçkili koordinatlar sistemində yalnız bir realistik reytinq var: bu, səsvermənin yekunlarıdır. Bu nəticələrə hakimiyyətdəkilərin apardığı siyasətin nəticələri həmişə güclü təsir edir. Ayrı sözlə, seçicinin etimadı – islahatların effektivliyi, innovasiyalar və proqram fəaliyyəti göstəricilərinə yekin münasibətdir ki, bu da var.

Regionda sabitlik qövsü yaratmağa nail olan və yaradıcı fəaliyyətə təkcə həmvətənlərini deyil, qonşu ölkələrin də istehsalçı qüvvələrini cəlb edən İlham Əliyev birinci il deyil ki, mütləq liderdir. Etibarlılığın təməli məhz belə qoyulub – elə bunun üzərində də fəal çoxsahəli fəaliyyət davam edir.

İnsanlar proqnoza yatımlılığa, müəyyənliyə həmişə səs verməyə hazırdırlar, çünki hədəflərin aydınlığı uğurun yarıdan çoxu deməkdir. Ona görə də Azərbaycan seçicisi özünün tutarlı sözünü dedi və seçimini aşkar açıqfikirliliyin xeyrinə elədi./“Yeni Müsavat”/

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ