SON DƏQİQƏ
» » “Proşenkonun bu addımı hüquq deyil, siyasət qoxur”

“Proşenkonun bu addımı hüquq deyil, siyasət qoxur”

Tarix:

18-10-2017, 15:32

/ 1 145 dəfə oxundu.
“Proşenkonun bu addımı hüquq deyil, siyasət qoxur”

Əyyub Kərimov: “Azərbaycanda deputat toxunulmazlığının ləğvinə ehtiyac yoxdur”
Ukrayna prezidenti Petro Proşenko deputat toxunulmazlığıın ləğvi məsələsini gündəmə gətirərək sözügedən təklifə baxılması üçün Ali Radaya müraciət edib. Proşenkonun fikrincə, deputat toxunulmazlığının ləğvi korrupsiya cinayətlərinin araşdırılması baxımından yeni imkanlar açacaq və şəffaflığı artıracaq.
Maraqlıdır, Ukraynanın həyata keçirməyə hazırlaşdığı bu yenilik ölkəmiz də tətbiq oluna bilərmi?
Bu barədə açıqlama verən hüquqşünas Əyyub Kərimov Azərbaycanda belə bir yeniliyin tətbiqinə lüzum görmədiyini qeyd etdi:
“Düzü mən o müraciətlə tanış deyiləm. Lakin düşünürəm ki, bu, Ukraynada gedən siyasi oyunların təzahürüdür. Proşenkonun bu addımı siyasətə hesablanmış addımdır. Bu, hüquqa hesablanmış addım deyil. Əgər hər hansı bir deputatın korrupsiyaya bulaşması barəsində prokurorluq material toplayıbsa, bu material işlənirsə, deputatın ancaq dindirilməsi qalanda deputatın toxunulmazlığı ləğv edilir və onun dindirilməsi reallaşır. Yəni hüquqda bu var. Odur ki, bu yeniliyin Azərbaycanda tətbiqinə lüzum görmürəm. 
Deputatlara ona görə toxunulmazlıq verilir ki, bu toxunulmazlıq olanda deputat bütün neqativ hallara, o cümlədən korrupsiyaya qarşı mübarizə apara bilir. Bu toxunulmazlıq olmayanda deputatın korrupsiyaya qarşı mübarizə aparması, hökumət üzvlərinin korrupsiya ilə bağlı əməllərini ifşa etməsi də çətinləşir. Bu baxımdan mümkündür ki, Proşenko bunu parlamentdəki siyasi rəqiblərini aradan götürmək üçün edir”.
Gunaz.az
скачать dle 12.1

Şərhlər