SON DƏQİQƏ
» » Azərbaycan üçün mübarizə imitasiyası yaradan milli xainlərimiz

Azərbaycan üçün mübarizə imitasiyası yaradan milli xainlərimiz

Tarix:

14-02-2018, 17:52

/ 1 654 dəfə oxundu.
Azərbaycan üçün mübarizə imitasiyası yaradan milli xainlərimiz

Dünyanın siyasi tarixinə nəzər salsaq geridə qoyduğumuz yüzillikdə bu gün nüfuzlu ölkələr statusunda qərarlaşan dövlətlərin insanlıq adına müsbət məqamlarla yadda qalması hallarına təsadüfən rast gəlmək mümkündür. İstər Almaniya , istər Fransa, istərsə də Belçika kimi dövlətlərin uzaq keçmişi heç də qürurverici olmayıb. Tarixən insan hüquq və azadlıqlarının pozulması kimi mənfi tendensiyalar məhz bu kimi Avropa ölkələrində qeydə alınıb.

Ancaq maraqlısı və təssüfedici məqamı ondan ibarətdir ki, hazırda bu kimi ölkələr dünyaya insan hüquqları və azadlıqları məsələsində dərs keçməyə çalışırlar. Müstəqil ekspert Samir Zeynalov deyir ki, adları çəkilən ölkələrin insan hüquq və azadlıqları ilə bağlı tarixdə hansı ağlasığmaz faktlara sahibləndiyi lokaldan qlobala doğru ictimai şüura aydın şəkildə məlumdur: "Lakin maraqlıdır ki, bu ölkələri ideal dövlətlər kimi təbliğ etməklə qalmayıb, adı tarixdə heç bir insan haqlarının pozuntusu ilə yadda qalmamış Azərbaycanın siyasi fikir sisteminə qarşı bu gün özünü azərbaycanlı kimi təqdim edən, Azərbaycan üçün mübarizə imitasiyası yaradan milli xainlərimiz mövcuddur. Sual yarana bilər ki, biz xain adlandırdığımız bu şəxsləri hansı səbəblərdən dolayı belə adlandırırıq və ümumiyyətlə onlara xain demək də haqq sahibiyikmi?". Samir Zeynalov bildirir ki, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli və digər bu kimi şəxslər istər beynəlxalq hüquqla, istərsə də Azərbaycan Respublikasının Konstitusiyası ilə qadağan olunan üsul və fikirlərlə Azərbaycanda demokratiya uğrunda siyasi mübarizə imitasiyası yaradırlar: "Beynəlxalq hüquqla siyasi mübarizə və rəqabət vasitəsi kimi təhqir, şərəf və ləyaqəti açaldan hərəkət və hərəkətsizliklər qadağandır. Bu gün adları yuxarıda çəkilən şəxslər müxalif düşüncənin radikallaşmış təmsilçiləri kimi dünya siyasi tarixində görünməmiş üsullara əl ataraq genetik olaraq bağlı olduqları xalqın təmsilçisini, xalqın əksəriyyətinin dəstəklədiyi hakimiyyəti və bu hakimiyyətin nümayəndələrini normal savada, məntiqə və ən əsası sağlam mənəviyyata xas olmayan şəkildə təhqir edirlər. Fransada və digər Avropa ölkələrində ölkə başçısı İlham Əliyev və onun ailəsinin şərəf və ləyaqəti ağlasığmaz şəkildə alçaldılır. Ölkədə 30-dan çox siyasi partiyanın və özünü təsdiq etməkdə səriştəsizlik yaşayan mövsümi müxalifətin, yüzlərlə mediya qurumunun, qəzet və jurnalların, ictimai institutların olmasına baxmayaraq ölkə başçısı İlham Əliyev qeyri-rəsmi formada diktator elan edilir. Hazırkı müxalifətin xilaskarı belə olan, müasir Azərbaycanın qurucusu, müstəqilliyimizin əbədiləşməsinin təməlini qoyan mərhum Ulu öndər Heydər Əliyevin simvolik heykəli aşırdılır, şəkili müxtəlif xalqların - xüsusilə ermənilərin gözləri qarşısında ayaqlar altına atılır. Onu qeyd etmək lazımdır ki, tarixdə qanlı diktatorlar kimi yaddaşlarda qalmış Adolf Hitlerin və Stalinin xatirələrinə qarşı bu günə qədər primitiv səviyyədə belə təhqir görülməyib. Nəticədə belə bir qənaətə gəlmək olur ki, əməllərini siyasiləşdirib mübarizə bənzərliyi yaradan bu şəxslərin mənəvi-psixoloji məziyyətlərinə xəyanət, qərəz, anti-milli aqressiya, dözümsüzlük çoxdan hakim kəsilib və hal şiddət statusunu qabarıq şəkildə saxlayır. Onu qeyd etmək lazımdır ki, təhqir etmək təkcə hüquqla deyil, sağlam mənəviyyatla da qəbul edilən psixoloji əməl deyil. Təhqir ya acizliyin və mədəniyyətsizliyin, ya da psixi problemlərin məhsulu olur". Samir Zeynalov qeyd edir ki, bu gün Azərbaycan Ermənistanla münaqişə şəraitində yaşayır və beynəlxalq arenada dövlətlər arasında çəkişmə prinsipinə əsaslanan münasibətlər mövcuddur: "Bunun da tarixi məsuliyyətini Ermənistan və dəstəklədiyi separatçı rejim daşıyır. Bədnam qonşumuz ölkəmizin nüfuzun dünyada zəiflədilməsi uğrunda öz lobbiçilik fəaliyyətinə geniş diqqət ayırmaqdadır və bu fakt hər kəsə məlumdur.

Yuxarıda adları çəkilən şəxslərin mənfur fəaliyyətləri Avropanın erməni siyasi dairələrinə, lobbiçilik fəaliyyətinə töhvə aşılıyır. Hər keçirilən əsassız aksiyalar və aksiyalarda səsləndirilən fikirlər, siyasi məhbus adlandırılan şəxslərin təbliğatı və digər qeyri-mənəvi əməllər şübhə yoxdur ki, erməniləri və Avropanın digər anti-Azərbaycan dairələrini sevindirir. Belə olan halda təbii ki, bu şəxslərin mədəni sürətdə xain adlandırılması təsadüfi deyil. Üstəlik onu da qeyd edim ki, bu şəxslərin anti-Azərbaycan əməllərini davamlı olaraq düşmən mediyası işıqlandırır və Azərbaycanda bu şəxslərə istinad edilməklə təbliğ edilən vəziyyət daha geniş şəkildə təhrif edilir. Bu şəxslər demək olar ki, sutkanın üçdə iki hissəsini özlərinin müqəddəs mübarizə adlandırdıqarı fəaliyyətə həsr edirlər və Avropa boyu ünvanları müvəqqəti olaraq zaman-zaman dəyişə bilirlər. Təbii ki, ən azından bu işlər üçün zəruri maliyyə vəsaitinə ehtiyyac duyulmaqdır.

Bu günə qədər bu şəxslərdən heç biri öz maddi ehtiyaclarının haradan qarşıladıqları haqqında əziz bildikləri azərbaycanlılara dəqiq və ətraflı məlumat verməyiblər. Belə olan halda haqlı sürətdə ehtimal yaranır ki, bu şəxslər anti-Azərbaycan dairələrindən maliyyələşir". Ekspert deyib ki, həmin şəxslər hakimiyyəti dözümüsüzlükdə, totalitar siyasət yürütməkdə, insan hüquq və azadlıqlarını boğmaqda ittiham edir və eyni ittihamlar üzrə havadalarının iş yükünü azaltmış olurlar: "Maraqlıdır ki, yuxarıda adı çəkilən heç bir şəxs onları tənqid edən və fikirləri ilə razılaşmayan şəxslərə mədəni də olsa, niyə sualını vermirlər və təhqirlə bərabər, əngəlləmək mövqeyini seçirlər. Anti-demokratik, anti-sosial, qeyri-hüquqi və qeyri-mənəvi əməllərini görməzdən gələn bu şəxslər israrla xoşlamadığı insanları təhqir etməkdən birmənalı olaraq həzz alırlar. Belə olan halda onların sağlam düşüncəyə sahib olması haqqında bir anlıq belə fikirləşmək olarmı. Bu şəxslərin ermənilərə simpatiyası mövcuddur. Ona görə ki, bu şəxslər davamlı olaraq Əlikram Hümbətovu dəstəkləyən və "Tolisho Sedo" qəzetinə rəhbərlik edən Zabil Madoşun həmkarı və həmin qəzetin əməkdaşı olmuş və hazırda "Obyektiv" TV-də "Günün Nəbzi" adlı qondarma proqramı aparan, jurnalist və separatçı milli xain Azər Kazımzadənin vasitəsilə canlı müzakirələrdə iştirak edilər. Əlavə şərhə və analtik açıqlamaya, sübuta ehtiyyac yoxdur.

Göründüyü kimi Azərbaycanın sağlam düşüncəli gəncliyi bu şəxsləri haqsızcasına vətən xaini, embessil, anti-milli ünsür adlandırmır. Onların bütün əməlləri özlərini və kamufilyaj etməyə çalışdıqları fəaliyyətlərin gerçəkliyini ifşa edir. Bu şəxlər bir dəfəlik bilməlidir ki, Azərbaycan adlı məmləkət artıq onlar üçün sadəcə yuxularda görünən ola bilər və bu gün məmləkətimizdə mövcud ictimai-siyasi sabitliyi pozmağa nə onlar, nə onları himayə edən havadarları qadir deyillər. Azərbaycan xalqı öz seçmini həmişə doğru edərək, öz müqəddaratına dərin düşüncə ilə yanaşıb. Azərbaycan bu gün özünün daxili və xarici siyasətində rasional mövqeyi ilə diqqət mərkəzindədir. Azərbaycanın sağlam düşüncəli, milli qeyrətli, vətənpərvər gəncliyi Ali Baş Komandanına sadiqdir, dövlət maraqlarımızın təmini naminə zaman və məkandan aslı olmayaraq hər zaman səfərbərdir".(Olaylar)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ