SON DƏQİQƏ

İqtisadiyyat naziri Türkiyəyə gedir

Tarix:

29-11-2017, 17:56

/ 1 126 dəfə oxundu.
İqtisadiyyat naziri Türkiyəyə gedir

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin noyabrın 30-da İstanbulda keçirilən VII görüşündə iştirak edəcək. 

Gunaz.az xəbər verir ki, Səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcəkdir. 
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 2010-cu ildə türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısı zamanı yaradılıb. TDƏŞ-ə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir. 2011-ci ildə TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin ilk görüşü keçirilib. TDƏŞ-in iqtisadiyyat nazirlərinin 6-cı iclası isə 20-21 dekabr 2016-cı il tarixində Bakıda təşkil olunub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ