SON DƏQİQƏ
» » Politoloq: Katalon böhranının arxasında Rusiya durur

Politoloq: Katalon böhranının arxasında Rusiya durur

Tarix:

7-10-2017, 09:37

/ 1 120 dəfə oxundu.
Politoloq: Katalon böhranının arxasında Rusiya durur

Kataloniya, Şimali İrlandiya və Flamandiyada separatçıların qızışdırılmasında Rusiyanın xüsusi xidmət orqanlarının adının hallanması əslində təəccüb doğurmur. Çünki postsovet məkanındakı bütün milli münasibətlər zəminində baş verən toqquşmaların, aqressiv separatizmin müəllifi də məhz bu ölkə olub.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Rusiyanın millətlərarası qarşıdurmalardan öz geostrateji maraqlarını reallaşdırmaq üçün istifadə siyasətini indiki zamanda çox təhlükəli hesab edib:

“Moskva ənənəvi olaraq yaranmış əlverişli şəraitlə bağlı hərəkətə keçib. Ancaq Rusiya bir növ odla oynayır və bu istənilən vaxt bumeranq effekti yarada bilər. Əslində, bu prosesdə Avropanın vaxtilə buraxdığı səhvlərin rolu böyükdür. Çünki Qərb ya Dağlıq Qarabağa və digər münaqişələrə adekvat qiymət verməkdən çəkinir, ya da bu yolda müəyyən təhriflərə yol verir. Avropanın Dağlıq Qarabağ məsələsində ərazi bütövlüyü ilə millətlərin öz müqəddaratını təyin etməyi çulğlaşdırması artıq əks-effekt verməkdədir və Qərbin bu cür yanaşma tərzi gələcəkdə də Avropanın ciddi baş ağrısına çevriləcək. Bax, o zaman Avropada yenicə qızışmaqda olan separtizm dalğasının yeni ölkələri öz cənginə almasının qarşısını almaq qeyri-mümkün olacaq. Əgər Avropa bu gün separatizmə dur deməsə, bu, bütün dünya xalqlarını ayağa qaldıra və qlobal xaosa səbəb ola bilər”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ