
GunAz.az xəbər verir ki, Donald Trump Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan barədə fikirlərini bölüşüb.
ABŞ Prezidenti iki mühüm ölkə arasında sülhün əldə olunduğunu bildirib və bu hadisəni unudulmaz adlandırıb. O, tərəflərə təşəkkür edərək, əldə olunan razılaşmanı “əla nəticə” kimi qiymətləndirib. Donald Tramp qeyd edib ki, proses qısa müddət ərzində – təxminən 24 saat ərzində – həllini tapıb və onun sözlərinə görə, tərəflər arasında münasibətlərdə müsbət dinamika formalaşıb. Prezident həmçinin Azərbaycan və Ermənistan liderlərinin artıq dostlaşdıqlarını düşündüyünü ifadə edib.
Donald Tramp Vaşinqtonda keçirilən iclasda Azərbaycan və Ermənistan arasında sülhün əldə olunduğunu bəyan edib. O, İlham Əliyev və Nikol Paşinyana təşəkkür edərək, prosesin qısa müddətdə başa çatdığını və tərəflər arasında dostluq münasibətlərinin formalaşdığını bildirib.
Bilman İSAQ
































