SON DƏQİQƏ
» » Azərbaycan və Serbiya dünyaya açıq mesaj verdi

Azərbaycan və Serbiya dünyaya açıq mesaj verdi

Tarix:

18-02-2026, 16:32

/ 3 203 dəfə oxundu.
Azərbaycan və Serbiya dünyaya açıq mesaj verdi

Serbiya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulub. Bu əlaqələr hər iki ölkə başçılarının qarşılıqlı səfərləri və bu zaman imzalanan mühüm sənədlərin icrası nəticəsində inkişaf edir.

Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirməklə yeni strateji məqsədlərə çatmaq üçün potensial imkanların müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyeva Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etməsi mədəni-humanitar dostluğa dərin hörmətin ifadəsi hesab edilə bilər.

Prezident İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib və görüşdə bir çox məsələ müzakirə olunub. Prezident İlham Əliyev və Aleksandar Vuçiç həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ölkələr arasında münasibətləri diqqətə çəkməklə yanaşı, gələcəkdə həyata keçiriləcək layihələrlə bağlı da fikirlərini bildiriblər

Belqradda səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

Cənab Prezident çıxışında bildirib ki, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.

Prezident İlham Əliyev qeyd etdi ki, həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Serbiya Prezidenti Aleksandar Vuçiç də öz bəyanatında Azərbaycanla əməkdaşlığın bundan sonra da inkişafına əminliyini ifadə etdi. Qeyd etmək lazımdır ki, hər iki ölkənin liderləri arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər dövlətlərarası əlaqələrin inkişafına da müsbət təsir göstərir. Liderlər arasında açıq və konstruktiv dialoq siyasi qərarların daha operativ qəbul olunmasına, strateji layihələrin reallaşmasına əlavə stimul verir ”.

Türkanə Mübariz 

скачать dle 12.1

Şərhlər