SON DƏQİQƏ
» » Azərbaycan və Pakistan HDQ-ləri arasında əməkdaşlıq gücləndiriləcək

Azərbaycan və Pakistan HDQ-ləri arasında əməkdaşlıq gücləndiriləcək

Tarix:

4-02-2026, 13:01

/ 6 500 dəfə oxundu.
Azərbaycan və Pakistan HDQ-ləri arasında əməkdaşlıq gücləndiriləcək

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov Pakistanda səfər edib.

GunAz.az xəbər verir ki, bu barədə Pakistan donanmasının “X” hesabında məlumat verilib.
İslamabad Hərbi Hava Qüvvələrinin qərargahında olan Şahin Məmmədov Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Navid Əşrəflə görüşüb.
HDQ komandanları təhlükəsizliyi, təlimlər və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Eyni zamanda, Azərbaycan və Pakistan Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub.скачать dle 12.1

Şərhlər