SON DƏQİQƏ

MN rəsmi məlumat yaydı

Tarix:

4-03-2024, 20:52

/ 2 969 dəfə oxundu.
MN rəsmi məlumat yaydı

Azərbaycan və Pakistan müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ