SON DƏQİQƏ
» » ABŞ-dən mesaj: İranda əməliyyat keçirməyin vaxtıdır

ABŞ-dən mesaj: İranda əməliyyat keçirməyin vaxtıdır

Tarix:

13-01-2026, 11:38

/ 3 570 dəfə oxundu.
ABŞ-dən mesaj: İranda əməliyyat keçirməyin vaxtıdır

Respublikaçı senator Lindsi Qrem ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi addımlar atmağa çağırıb.
GunAz.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
Senator bildirib ki, ABŞ liderinin etirazçılara dəstək verəcəyi və rejimin xalqı qətlə yetirməsinə dözməyəcəyi barədə verdiyi vədlər etirazçıların geniş şəkildə meydana çıxmasına səbəb olub:
“Cənab Prezident, bugünkü addımlarınız vasitəsilə bu rejimi iqtisadi baxımdan təcrid etməkdə göstərdiyiniz qətiyyətli liderlik çox təsirlidir”.
Lindsi Qrem xatırladıb ki, İran rejimi Donald Trampın müəyyən etdiyi qırmızı xətti keçib:
“Onlar öz xalqını kütləvi şəkildə öldürür, sizin liderliyinizi ələ salırlar. İndi quru qoşunlarını göndərmədən qətiyyətli hərbi əməliyyatlar və qətl törədənləri hədəfə almağın vaxtıdır”.Teleqraf
скачать dle 12.1

Şərhlər